BDU-da “Çovdar filiz sahəsinin geoloji-geofiziki materiallar əsasında tədqiqi” mövzusunda elmi seminar keçirilib

01/11/2021

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində “Çovdar filiz sahəsinin geoloji-geofiziki materiallar əsasında tədqiqi” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda fakültənin professor-müəllim heyəti, magistrant və doktorantları iştirak edib.

Seminarda Kompleks geoloji-geofiziki tədqiqatlar ETL-in böyük elmi işçisi, professor Nazim İmamverdiyev “Çovdar filiz sahəsinin geoloji-geofiziki materiallar əsasında tədqiqi” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Çovdar qızıl yatağının geoloji quruluşu, onu təşkil edən süxurların petrogeokimyəvi xüsusiyyətləri, yataqdakı filizlər, onların tərkibi, 3D formasında filiz kütləsinin forması və əmələgəlmə məsələləri haqqında seminar iştirakçılarına məlumat verib

Seminarda qeyd edilib ki, Çovdar filiz sahəsində aparılan geoloji-geofiziki tədqiqatların, dağ qazmalarının, buruq quyularının sınaqlaşdırılması ilə aparılan analizlərin nəticəsi bu rayonun potensial perspektivli olduğunu göstərir. Buna sübut son zamanlar filiz rayonunda yeni Sarıyoxuş və Mərəh yataqlarının kəşf olunmasıdır.

Sonra məruzə ətrafında müzakirələr aparılıb.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026