BDU-da payız semestrinin imtahan sessiyası başlayır

26/12/2025

Bakı Dövlət Universitetində (BDU) 2025/2026-cı tədris ilinin payız semestrinin qış imtahan sessiyası dekabr ayının 29-dan başlamaqla beş həftə müddətində keçiriləcək. Bu barədə BDU Elmi Şurasının bu gün keçirilən iclasında qərar qəbul olunub.

İmtahanlar yazılı və şifahi olmaqla iki növbədə (saat 10:00-13:00 və 14:00-16:30) keçiriləcək.

Üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2026-cı ilin fevral ayının 2-dən 6-dək şərait yaradılacaq.

Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə İmtahan Qərargahı təşkil olunacaq.

Ayrı-ayrı fənlər üzrə auditoriya saatlarının 25%-dən çoxunda iştirak etməyən tələbələr həmin fəndən imtahana buraxılmayacaqlar.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026