BDU-da peptid təbiətli antibiotiklərin tədqiqi ilə bağlı araşdırmalar aparılır

16/02/2026

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində “Peptid təbiətli antibiotiklərin tətbiq perspektivləri” mövzusunda dəyirmi masa keçirilib.

Molekulyar biologiya və biotexnologiyalar kafedrasının professoru Saib Güləhmədovun moderatorluğu ilə keçirilən dəyirmi masada fakültə rəhbərliyi, professor-müəllim heyəti, doktorant və magistrantlar iştirak ediblər.

Qonaq məruzəçi, Naxçıvan Dövlət Universitetinin Biotexnologiya Mərkəzinin direktoru Əli Quliyev mövzuya dair təqdimat edib, daha sonra müzakirələr aparılıb. Qeyd olunub ki, peptid təbiətli antibiotiklər mikroorqanizmlərə qarşı yüksək selektivlik və güclü antimikrob təsir xüsusiyyətlərinə malik perspektivli maddələr sırasına daxildir. Bu birləşmələr əsasən bakteriya hüceyrə membranının zədələnməsi və ya hüceyrədaxili hədəflərə təsir mexanizmi vasitəsilə fəaliyyət göstərir. Bu isə antibiotiklərə qarşı rezistentliyin formalaşma ehtimalının azalmasına şərait yaradır və onların alternativ terapevtik vasitə kimi əhəmiyyətini artırır.
Vurğulanıb ki, müasir dövrdə antibiotiklərə qarşı davamlılığın sürətlə artması peptid əsaslı preparatlara elmi marağı daha da gücləndirir. Peptid antibiotiklərin tibb sahəsi ilə yanaşı, baytarlıq və qida sənayesində də geniş tətbiq imkanlarına malik olduğu diqqətə çatdırılıb. Bununla belə, onların sabitlik, potensial toksiklik və yüksək istehsal xərcləri kimi müəyyən məhdudiyyətləri də qeyd edilib.

Gələcək tədqiqat istiqamətləri kimi peptidlərin struktur modifikasiyası, stabilliyin artırılması və yeni nəsil çatdırılma sistemlərinin işlənib hazırlanması xüsusi vurğulanıb ki, bu da onların klinik praktikada tətbiq imkanlarını genişləndirə bilər.

Tədbirdə tədris prosesində bu istiqamət üzrə elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, magistrant və doktorantların layihələrə daha fəal cəlb olunmasının vacibliyi bildirilib.

Xəbərlər

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib
16/05/2026

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir
15/05/2026

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
15/05/2026