BDU-da petrologiya və filiz geologiyasının aktual problemləri araşdırılır

11/03/2025

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Ümumi və tarixi geologiya kafedrasının müdiri, professor Nazim İmamverdiyevin “Petrologiya və filiz geologiyasının aktual problemləri” mövzusunda elmi seminarı keçirilib.

Məruzəçi maqma anlayışı, onun kristallaşma şəraiti, təkamülü, maqmatik süxurların təsnifatı və əmələgəlmə səbəbləri, formalaşmasında geokimyəvi məlumatlardan istifadə barədə məlumat verib, filiz yataqlarının təsnifatına müasir yanaşma və genezisinin müasir modellərini iştirakçıların diqqətinə çatdırıb.

Professor Nazim İmamverdiyev qeyd edib ki, maqmatik süxurları öyrənərkən dəqiq geokimyəvi analizlərin nəticələrindən istifadə etmək tövsiyə olunur. Belə dəqiq analizlərin köməyi ilə maqmatik süxurların hansı geodinamik şəraitdə formalaşması müəyyən edilir, genetik petroloji modellər qurulur. Filiz yataqları öyrənildikdə isə onların epitermal, porfir-epitermal yataq tiplərinə aid olması müəyyənləşdirilməlidir. Daha sonra isə onların aşağı və ya yüksək sulfid tiplərinə aid olması, dəqiq genetik təsnifatı aydınlaşdırılmalıdır. Məhz bu tiplərin dəqiqliklə müəyyən edilməsi yeni yataqların kəşf edilməsinə yardım edə bilər.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

Xəbərlər

Müstəqilliyimiz milli sərvətimizdir

Müstəqilliyimiz milli sərvətimizdir
28/05/2026

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı
27/05/2026

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib
26/05/2026