BDU-da postbiotiklərin düz bağırsaq xərçənginin ilkin mərhələsinə təsirinə dair araşdırmalar davam edir

01/11/2022

Bakı Dövlət Universitetinin Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri, professor  Xudaverdi Qənbərovun həmmüəllif olduğu  “Postbiotiklərin düz bağırsaq xərçənginin ilkin mərhələsinə təsir versiyası (“Postbiotics versus probiotics in early-onset colorectal cancer”) adlı məqalə “Web of Science” bazasına daxil olan İF-11.208 və Q1 kvartil “Critical Review in Food Science and Nutrition” (2022) jurnalında dərc olunub.

Təqdim olunmuş icmal məqalədə probiotiklər (canlı südturşusu bakteriyaları) konsepsiyasına yenidən baxılıb, postbiotiklərlə (bakteriyaların sintez etdiyi metabolitlərlə) müqayisədə üstünlüklərə və məhdudiyyətlərə malik olması göstərilib. Biotiklər (probiotiklər, prebiotiklər və postbiotiklər) insanın bağırsaq florasına təsir göstərməklə onun sağlamlığına böyük fayda verirlər. Probiotiklərin xərçəng əleyhinə əsas təsir mexanizmləri immun sisteminin tənzimlənməsi, xərçəng hüceyrələrinin çoxalmasını ingibirləşdirməsi, bağırsaqda disbakteriozu və baryer funksiyasını bərpa, bağırsağın xərçəng əleyhinə agentlərini biosintez etməsi və xərçəngin inkişafını törədən agentlərin azaldılması ilə bağlıdır.

Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar: https://doi.org/10.1080/10408398.2022.213264

Xəbərlər

BDU və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşmasının ilk buraxılışı olub

BDU və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşmasının ilk buraxılışı olub
09/07/2026

Bu il BDU-nun SABAH qruplarını 493 məzun bitirir

Bu il BDU-nun SABAH qruplarını 493 məzun bitirir
09/07/2026

BDU məzunlarına Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə diplomatik rütbələr verilib

BDU məzunlarına Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə diplomatik rütbələr verilib
09/07/2026