"Prezident İlham Əliyevin BDU-nun 100 illik yubileyindəki nitqi və qarşıda duran vəzifələrimiz" mövzusunda məruzə dinlənilib

24/12/2019

Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinə həsr olunan ikinci mühazirə keçirilib. Tədbiri giriş sözü ilə açan rektor Elçin Babayev növbəti məruzənin Prezident İlham Əliyevin BDU-nun 100 illik yubiley tədbirindəki çıxışına həsr olunduğunu bildirib. Qeyd edib ki, dövlət başçısının təntənəli yubiley mərasimindəki əhatəli və təsirli nitqi proqram xarakterli sənəd, ilk növbədə, öz həyatını gənc nəslin təlim-tərbiyəsinə həsr edən müəllimlərə və Azərbaycanın gələcəyi üçün cavabdeh olan tələbə gənclərə ünvanlanmış aktual bir mühazirədir.

Sonra BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubiley mərasimindəki nitqi və qarşıda duran vəzifələrimiz” mövzusunda mühazirə ilə çıxış edib. Bildirib ki, dövlət başçısı yubiley tədbirindəki çıxışında xalqımızın keşməkeşli tarixi, müəllim-tələbə münasibətləri, Avropaya inteqrasiya məsələsinin mahiyyəti, gənclərin əxlaqi və hərbi-vətənpərvərlik tərbiyəsi kimi aktual məsələlərdən bəhs edib. Bir qədər geniş düşünsək, dövlət başçısının əslində bütün Azərbaycan vətəndaşlarına açıq müraciəti olan bu nitqdən hər birimiz nəticə çıxarmalı, özümüzün gündəlik və gələcək fəaliyyətimizdə əsas götürməliyik. K.Aslan Prezidentin nitqindən irəli gələn vəzifələrlə bağlı bəzi mühüm məqamlara toxunaraq, artıq bu istiqamətdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xüsusi tədbirlər planı hazırladığını, BDU-nun da bununla bağlı konkret iş planı üzərində işlədiyini bildirib, bir sıra təkliflər irəli sürüb.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024