BDU-da professor Abuzər Xələfova həsr olunmuş elmi seminar keçirilib

27/12/2024

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində ölkəmizdə kitabxanaşünaslıq elmi məktəbinin banisi, tarix elmləri doktoru, professor,  Əməkdar elm xadimi, “Şərəf” və “Şöhrət” ordenli Abuzər Xələfova həsr olunmuş elmi seminar keçirilib. Elmi seminarda Kitabxanaşünaslıq kafedrasının müdiri, dosent Elçin Əhmədov “Professor Abuzər Xələfovun elmi tədqiqatlarının metodologiyası” mövzusunda məruzə edib.

Məruzədə kitabxanaşünas alim Abuzər Xələfovun ölkəmizdə ali təhsilli kitabxanaçı-biblioqraf kadrların hazırlanmasında xidmətlərindən bəhs olunub. Bildirilib ki, professor Abuzər Xələfovun fəal iştirakı ilə 1962-ci ildə kitabxanaçılıq şöbəsi müstəqil fakültəyə çevrilib, alim uzun müddət fakültənin dekanı və kafedra müdiri vəzifələrində çalışıb. Elçin Əhmədov alimin 500-ə yaxın əsərinin, o cümlədən fundamental monoqrafiyalarının, dərslik və dərs vəsaitlərinin çap olunduğunu qeyd edib. O, professor Abuzər Xələfovun xidmətlərinin Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini, alimin ali dövlət mükafatlarına, orden və medallara layiq görüldüyünü diqqətə çatdırıb.

Məruzədə professor Abuzər Xələfovun elmi irsi geniş şərh olunub, alimin kitabxana-informasiya fəaliyyəti sahəsində elmi-tədqiqatlarının əhəmiyyəti arxiv sənədləri, mənbələr əsasında diqqətə çatdırılıb.

Kafedra müdiri, dosent Nadir İsmayılov, dosentlər Azad Qurbanov, Pərviz Kazimi, tarix üzrə fəlsəfə doktoru Eldəniz Məmmədov çıxışlarında məruzə barədə fikirlərini bildirib, professor Abuzər Xələfovun elmi-pedaqoji fəaliyyətindən bəhs ediblər. Alimin nəvəsi, İnformasiya və sənəd menecmenti fakültəsinin I kurs tələbəsi Zeynəb Xələfova babasının elmi irsinə, tədris-pedaqoji fəaliyyətinə verilən yüksək qiymətə görə elmi seminarın təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib. Sonda professor Abuzər Xələfova həsr olunmuş videoçarx nümayiş etdirilib, fakültənin ən yüksək təhsil göstəricisinə malik tələbəsi Məkkə İsmayılovaya “Abuzər Xələfov mükafatı” təqdim olunub.

 

Xəbərlər

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

21 fevral – Beynəlxalq Ana Dili Günüdür
21/02/2025

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək  
21/02/2025

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub
21/02/2025