BDU-da professor Əhməd Abdinovun 70 illik yubileyi qeyd edilib

03/05/2016

Bakı Dövlət Universitetində görkəmli alim və pedaqoq, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Abdinovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə  tanınmış ziyalılar, o cümlədən universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Giriş sözü ilə çıxış edən rektor, akademik Abel Məhərrəmov 70 illik həyatının 53 ili Bakı Dövlət Universiteti ilə bağlı olan alimi təbrik edib, onun Azərbaycan elmi və təhsilindəki xidmətlərindən bəhs edib, yubilyarı BDU-nun fəxri fərmanı ilə təltif edib.

Sonra fizika fakültəsinin dekanı, professor Məmmədəli Ramazanov çıxış edib. O bildirib ki, Əhməd Abdinov 1972-ci ildə namizədlik, 1978-ci ildə doktorluq dissertasiyası müdafiə edib, 1971-ci ildən BDU-nun  fizika fakültəsində assistent, baş müəllim, dosent, professor, dekan kimi fəaliyyət göstərib, 1992-ci ildən kafedra müdiri vəzifəsində çalışır. 1993-2000-ci illərdə Azərbaycan Respublikası təhsil nazirinin müavini olmuş yubilyarın elmi rəhbərliyi ilə  7 elmlər doktoru, 31 elmlər namizədi, 14 magistr dissertasiyası müdafiə edilib. Yüzlərlə elmi əsərin və iki ixtiranın, ali məktəblər üçün yazılmış beş dərslik və 21 fənn proqramının müəllifidir. Qismən nizamsız  kristal yarımkeçiricilərdə elektron proseslərin xüsusiyyətləri, başvermə mexanizmi və praktiki tətbiqi imkanlarının aşkar edilməsi istiqamətində elmi-tədqiqat işləri aparır.

Tədbir Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, akademiklər - Adil Qəribov, Cavad Abdinov və digərlərinin çıxışları ilə davam edib.

Mətbuat və informasiya şöbəsi, 03 may 2016-ci il.



Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024