BDU-da professor İlham Rəhimovun kitabının təqdimat mərasimi keçirilib - VİDEO

26/11/2013

Bu gün Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının Əməkdar Hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun “Cinayətin və cəzanın fəlsəfəsi” kitabının təqdimat mərasimi keçirilib.

Monoqrafiyada cinayət və cəza ilə əlaqədar cinayət hüququnun problemləri araşdırılır. Müəllif kitabda oxucu ilə cinayətin səbəbləri və mənşəyi, cəzanın mahiyyəti, cinayətkarlığın və cəzanın gələcəyi haqqında suallar üzərində fəlsəfi nəzər-nöqtəsindən düşüncələri ilə bölüşür.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmoun sözlərinə görə, ümummilli lider Heydər Əliyev deyib ki, dövlətə iki amil zərər gətirə bilər: günahkar cəzasız qalanda və günahsız cəzalandırılanda. Professor İ.Rəhimov tərəfindən bu problem hərtərəfli, hüquqi, tarixi planda təhlil edilib və ona fəlsəfi əsaslandırma verilib.

“Cinayətin və cəzanın fəlsəfəsi” kitabının təqdimatının məhz BD U-da keçirildiyinin təsadüf olmadığını bildirən rektor, ölkəmizdə hüquq elminin məhz universitetdə formalaşdığını qeyd edib.

Sonra BDU-nun kafedra müdirləri - professorlar Kamil Səlimov, Rüstəm Məmmədov, Sosiologiya kafedrasının professoru Mina Hacıyeva, Rusiya Federasiyası İstintaq Komitəsinin sədri, ədliyyə general-polkovniki, professor Aleksey İvanoviç Aleksandrov, Rusiya Pedaqoji, Sosial Elmlər Akademiyasının akademik, professor Qolik Yuriy Vladimiroviç, kriminologiya klubunun direktoru, professor Dmitri Anatoliyeviç Şestakov, Omsk Universitetinin cinayət hüququ və kriminalistika kafedrasının professoru Tatyana Viktorovna Neponyaşaya, Quranın rus dilinə tərcüməçisi, filosof Elmir Quliyev, professor Xanlar Ələkbərov çıxış ediblər. Sonra çıxışlar ətrafında müzakirələr aparılıb. Qeyd edilib ki, Azərbaycan aliminin monoqrafiyasında cinayət və cəzanın xüsusiyyətləri araşdırılır və yaranan problemlər təhlil edilir, cinayətə qarşı mübarizənin yeni yolları nəzərdən keçirilir. Hüquq fakültəsinin tələbələri, müəllimləri və bu mövzu ilə maraqlananlar üçün nəzərdə tutulan bu kitabın rəyçiləri Rusiyanın nüfuzlu hüquqşünaslarıdır.

Sonra İlham Rəhimov bütün çıxış edənlərə, o cümlədən tədbirə qatılanlara təşəkkür edib.

Keçmiş SSRİ-də ən gənc hüquq elmləri doktoru olan İlham Rəhimov 100-ə yaxın elmi məqalənin və 6 monoqrafiyanın müəllifidir.

Mətbuat və informasiya şöbəsi, 26 noyabr 2013-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024