BDU-da proqramlaşdırma müsabiqəsi keçirilib

01/06/2023

“BDU könüllüləri”nin təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş "Yeni başlayan proqramçılar-2" adlı proqramlaşdırma müsabiqəsi keçirilib. Müsabiqədə tələbələr nəzəri və praktiki biliklərə əsaslanaraq mübarizə aparıblar. Dörd turdan ibarət olan yarışın ilk mərhələsi proqramçı məntiqi ilə bağlı olub. Komandalar verilmiş vaxt ərzində suallara cavab tapmağa çalışıblar. İkinci mərhələdə hər komanda öncədən bildirilmiş mövzular üzrə bir proqramçı seçib. Proqramçılar elektron sistemdə qurulmuş məsələləri həll edərək komandalarına xal qazandırıblar. Yarışın üçüncü mərhələsində tələbələr IT sahəsi ilə bağlı nəzəri sual və məsələləri cavablandırıblar. Sonuncu mərhələdə komandalar səviyyə məntiqi ilə proqramlar yazıblar.

Müsabiqənin nəticəsinə əsasən, “Meta Team” komandası I, “Not Found 404” komandası II, “Hacktives” komandası isə III yerə layiq görülüb.

Xəbərlər

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub
18/11/2026

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub
18/11/2026

“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub

“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub
18/11/2026