BDU-da Psixoloji Yardım Sektoru fəaliyyətə başladı - VİDEO

17/02/2020

Bakı Dövlət Universitetində Psixoloji Yardım Sektoru fəaliyyətə başlayıb.
Azərbaycan ali məktəb müəssisələri arasında ilk dəfə olaraq Bakı Dövlət Universitetində yaradılan psixoloji yardım xidmətinin məqsədi universitet əməkdaşlarının və tələbələrin peşəkar şəxsi inkişaf və yüksəlişinə kömək etmək, onların psixoloji müdafiəsini təmin etmək, psixi sağlamlığını qoruyub saxlamaq və gücləndirmək, tələbələrin öz qabiliyyətlərinin fərqinə varmasına yardımçı olmaqdır.
Tədbiri BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, psixi sağlamlığın qorunması geniş spektrli fəaliyyəti əhatə edir. Burada təlim fəaliyyəti üçün əlverişli sosial-psixoloji və sosial-pedoqoji şərait yaradılacaq. Psixoloji xidmət fəaliyyətinin ali təhsil sisteminin müasir prinsiplərinə müvafiq olması, psixoloji xidmətin ali məktəbdə elmi, tətbiqi və praktik aspektlərinin vəhdəti, bütün ali məktəb subyektlərinə münasibətdə diaqnostik, proqnozlaşdırılmış, idarəedici funksiyaların geçəkləşdirilməsi Psixoloji Yardım Sektorunun əsas təşkilati və fəaliyyət prinsipləridir.
BDU-nun Psixologiya kafedrasının müdiri, millət vəkili Bəxtiyar Əliyev isə  belə bir mərkəzin çalışdığı ali məktəbdə açılmasını təqdirəlayiq hal adlandırıb. Bildirib ki, Psixoloji Yardım Sektoru müəllim və tələbələr arasında qarşılıqlı anlaşma və qarşılıqlı hörmət atmosferinin yaranmasına, tələbələrdə yarana biləcək emosional və psixi böhranın qarşısının alınmasına mühüm töhfələr verəcək.
Psixoloji Yardım Sektorunun rəhbəri, psixoterpevt Arif Sadıxov, Sosiologiya və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə belə bir sektorun yaradılmasının çox vacib olduğunu qonaqların diqqətinə çatdırıb.
Açılış mərasimində BDU-nun professor-müəllim heyəti, tələbələr və media nümayəndələri iştirak ediblər.
Yalnız Bakı Dövlət Universitetinin əməkdaşları və tələbələr üçün nəzərdə tutulan Psixoloji Yardım Sektorunda "Stress və stressin idarə olunması", "Depressiv vəziyyət", "Psixosomatik problemlər", "Cütlük münasibətləri", "Şəxsi inkişaf" mövzusunda təlimlərin keçirilməsi, "Əhval-ruhiyyə pozuntuları", "Yuxu pozuntuları", "Ailə konsultasiyası", "Həyəcan-təşviş pozuntuları", "Postravmatik stress və əlaqəli pozuntular", "Cinsi problemlər", "Cütlük konsultasiyası", "Zərərli vərdişlər" kimi xidmətlər göstəriləcək.

VİDEO

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024