BDU-da qış imtahan sessiyası başladı

07/01/2014

Bu gündən etibarən Bakı Dövlət Universitetinin əyani şöbəsində qış imtahan sessiyası başlayıb. Yanvarın 31-də başa çatacaq imtahanlar bir qayda olaraq yazılı formada həyata keçiriləcək. Rektor, akademik Abel Məhərrəmov 2013/2014-cü tədris ilində universitetin əyani şöbəsində qış imtahan sessiyasının mütəşəkkil keçirilməsi məqsədi ilə əmr verib. Fakültə dekanlarına və kafedra müdirlərinə tapşırılıb ki, bütün tədris qruplarında fərdi qaydada görüş keçirsinlər və tələbələrin istək və arzularına diqqətlə yanaşsınlar. İmtahan zamanı konspektdən, kitabdan və digər texniki vasitələrdən köçürmə hallarına yol verən tələbələr barədə akt tərtib edilsin və həmin auditoriyaya təhkim olunmuş koordinatorlar və fakültə dekanı tərəfindən imzalansın.

Sessiyanın gedişinə operativ nəzrət etmək, yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah və onun nəzdində «Qaynar xətt» yaradılıb. Bu məqsədlə universitetin əsas binasında və tədris korpuslarında şikayət, təklif və məlumatlar üçün hər gün mövcud qaydada möhürlənməklə xüsusi qutular asılıb. Qərargahın sədrinə tapşırılıb ki, sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyi «Qaynar xətti» ilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin etsin və bu barədə tədbir görülməsi məqsədilə müvafiq təkliflər versin. İmtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə apellyasiya komissiyaları yaradılıb.

Mətbuat və informasiya şöbəsi, 7 yanvar 2014-cü il.

Xəbərlər

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti
01/01/2026

BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib

BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib
01/01/2026

Milli birlik və həmrəylik bayramı

Milli birlik və həmrəylik bayramı
31/12/2025