BDU-da qış imtahan sessiyası başlayıb

04/01/2018

Bakı Dövlət Universitetinin bakalavriat və magistratura səviyyələrində (əyani  şöbə üzrə)  qış imtahan sessiyası başlayıb. Sessiya ilə əlaqədar rektor, akademik Abel Məhərrəmov əmr imzalayıb. Bildirilir ki, yanvarın 4-dən 31-dək keçiriləcək imtahanlar bir qayda olaraq yazılı formada aparılacaq, zərurət yarandığı hallarda bəzi fənlər üzrə imtahanlar şifahi-dialoq və ya test formasında olacaq. Fakültə dekanlarına və kafedra müdirlərinə tapşırılıb ki, bütün tədris qruplarında fərdi qaydada görüş keçirsin, tələbələrin istək və arzularına diqqətlə yanaşsınlar. Semestr ərzində seminar və laboratoriya dərslərində, kollokviumlarda tələbələrin bilik səviyyəsinin fənn müəllimləri tərəfindən düzgün qiymətləndirilməsinə ciddi nəzarət etməklə obyektivliyi təmin etsinlər. Sessiyanın gedişinə operativ nəzarət etmək, yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah və onun nəzdində «Qaynar xətt» yaradılıb. Bu məqsədlə universitetin bütün tədris korpuslarında şikayət, təklif və məlumatlar üçün hər gün mövcud qaydada möhürlənməklə xüsusi qutular asılıb. Qərargahın sədrinə tapşırılıb ki, sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin «Qaynar xətti» ilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin etsin və bu barədə tədbir görülməsi məqsədilə müvafiq təkliflər versin. Eyni zamanda,  imtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə apellyasiya komissiyaları yaradılıb.

Onu da qeyd edək ki, yanvarın 4-də imtahanlar başlamazdan öncə, rektor, akademik Abel Məhərrəmov dekan, koordinator və rəhbər koordinatorlarla görüşərək onları imtahan prosesinə ciddi nəzarət etməyə, tələbələrin biliyini obyektiv qiymətləndirməyə çağırıb.

Mətbuat və informasiya şöbəsi, 04 yanvar 2018-ci il.

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025