BDU-da Qarabağ ruhu

30/10/2020

Qarabağlı fəxrlərimizin ruhu şad olur

4-cü yazı

İnsan xoş əməlləri ilə özünə məxsus iz qoyur bu ömür dünyasında. Həyatını xalqının maariflənməsinə, Vətəninin tərəqqisinə sərf edən elm-təhsil fədailəri isə ictimaiyyət tərəfindən xüsusi hörmətlə, ehtiramla qəbul edilir, sevilir və xatirələrdə yaşayırlar.

Bakı Dövlət Universiteti bir əsrdən çox yaşı və ali təhsilimizin flaqmanı olan BDU-nun, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu ali elm və təhsil məbədinə verdiyi töfhələrlə bağlı silsilə yazılar dərc etməyə davam edir.

Yazılarımızın qəhrəmanları isə ürəyi Vətən üçün alışıb yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töfhələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən davam edən haqq mübarizəmizdə qazanılan qələbələr onların da ruhlarını şad edir.

Dördüncü yazımız Bakı Dövlət Universitetinin İqtisadiyyat ka­fedrasının pro­fes­so­ru olmuş Teymur Süleyman oğlu Vəliyevlə bağlıdır.

Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın müxbir üzvü Teymur Və­­li­­yev 1926-cı il yanvarın 15-də Ağdam ra­yo­­nun­da anadan olmuşdur. 1947-1951-ci illərdə K.Marks adına Azərbaycan Xalq Tə­sər­­rufatı İns­titutunda təhsil almışdır. Res­pub­li­kada iq­ti­sa­diyyat üzrə doktorluq dis­ser­ta­si­ya­sı müdafiə edən (1966) ikinci alimdir. 1966-1971-ci illərdə D.Bunyadzadə adına Azər­baycan Xalq Təsərrüfatı İnstitutunun təd­ris işləri üzrə prorektoru, 1971-1992-ci il­lər­də ADU-nun Si­ya­si iqtisad kafedrasının mü­­di­ri, 1977-1989-cu illərdə Universitetin təd­ris iş­lə­ri üzrə pro­rek­toru, 2000-2002-ci illərdə BDU-nun İqtisadiyyat ka­fedrasının pro­fes­so­ru kimi fəaliyyət gös­tər­miş­dir. 1983-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

T.Vəliyev 200-ə qə­dər elmi əsərin muəllifidir. Onun elmi rəh­bər­liyi ilə 20 nə­fər­dən çox elmlər namizədi və dok­toru ha­zır­lan­mış­dır. Uzun müddət Azər­bay­can Siyasi İq­ti­sad (iqtisadi nəzəriyyə) elmi mə­k­təbinə rəh­bər­lik etmiş, fundamental mo­no­qrafiyalar yaz­mışdır. T.Vəliyevin elmi təd­qi­qat isti­qa­mət­lə­rində istehsal müna­sibətləri, mül­kiyyət ka­teqori­yası, onun formaları, real­laş­dırılması ob­yekti və subyekti kimi ciddi el­mi məsələlər də mühüm yer tutur. Əsərlərində qeyd olunur ki, məhz mövcud mülkiyyət for­ma­sı ona adek­vat isteh­sal münasibətlərinin əsa­sını təşkil edir, iqtisadi-sosial inkişafa di­na­mik qüvvə kimi katalizator gücü verir.

T.Vəliyev iqtisadi inkişaf səviyyələrinin ta­raz­laş­mış qanunauy­ğun­luq­la­rını aş­kar etməklə, ədalətin, humanizmin əlaməti kimi xa­rak­terizə etmişdir. Onun əmək bölgüsü haq­qın­­da mülahizələri o dövrun sosializm və ba­zar, sosializm və əmtəə-pul munasibətləri ki­mi aktual məsələlərinə aydınlıq gətirir.

T.Vəliyevin diqqət mərkəzində duran mü­­­hüm elmi məsələlərdən biri də xalqı­mızın iqtisadi fikir tarixinin obyektiv araşdırılması ol­­muşdur. O, həmin sahədə tarixdə ümumbə­şə­ri dəyərləri ilə məşhur olan mütəfək­kir­lə­ri­mi­­zin əsərlərində ifadə olunan iqtisadi fikir­lə­ri üzə çıxarmaq kimi nəcib elmi məqsədi qar­­şı­sına qoymuşdu. Alim öz həmkarları ilə bir­gə Azərbaycan iqtisadi fikir tarixinə həsr edil­miş iki monoqrafiyanın aparıcı muəl­lif­lə­rin­dən bi­ri­dir. Onlardan biri 1987-ci ildə rus di­lində nəşr olunmuşdur. Həmkarı, dosent A.Hə­­sə­nov­la yazdığı və 1996-cı ildə çapdan çı­­xan ikin­ci kitabda tarixi və məntiqi prinsipi rəh­bər tut­maqla, iqtisadi ideyalar daha da də­rin­­ləş­di­ril­miş, müxtəlif tarixi mərhələlərdə xal­qımızın iq­tisadi, sosial həyat tərzi, mü­tə­rəq­qi təkamül pro­sesi yüksək səviyyədə işıq­lan­dırılmışdır. Çox­saylı dərsliklərin, o cüm­lə­dən Azər­bay­can­da ilk “İqtisadi nəzəriyyə” dərs­liyinin (1995) redaktoru və muəl­lif­lə­rin­dən biri ol­muş­dur.

T.Vəliyev iqtisad elminin inkişafında, yük­sək ixtisaslı iqtisadçı kadr­ların hazır­­lan­ma­sında, təhsil-təlim sahəsindəki xid­mət­lə­ri­nə görə Azərbay­can Respublikası Ali So­ve­ti­nin fəxri fərmanlarına layiq görülmüşdür. 1981-ci il­də ona Əməkdar elm xadi­mi fəxri adı ve­ril­mişdir. SSRİ Xalq Təsərrüfatı Nailiy­yət­lə­ri Sər­gisinin gümüş meda­lına, SSRİ-nin və Azər­baycan Respub­li­kasının Ali və Orta İxti­sas Təhsili Nazir­liyinin, EA-nın, İttifaq və res­­pub­likanın bəzi ictimai təşkilatlarının tə­şək­­kü­rünə, fəxri fər­manına, “Fərqli mü­vəf­fə­qiy­­yətinə görə” nişanına layiq görülmüşdür.

AMEA-nın müxbir üzvü Teymur Və­li­yev 2002-ci il aprelin 3-də Bakı şəhə­rində və­fat etmişdir.

Əminik ki, Qarabağın tamamilə işğaldan azad ediləcəyi, müzəffər Azərbaycan ordusunun üçrəngli bayrağımızı unudulmaz Teymur Vəliyevin dünyaya göz açdığı Ağdam şəhərində ən hündür nöqtəyə sancacağı gün uzaqda deyil!

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024