BDU-da “Qarabağ zəfərinin hüquqi, tarixi və iqtisadi müstəvidə təhlili” mövzusunda beynəlxalq konfrans keçirilib

15/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Hüquq, Tarix və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin birgə təşkilatçılığı ilə Şanlı Azərbaycan Ordusunun Qarabağ zəfərinə həsr edilmiş “Qarabağ zəfərinin hüquqi, tarixi və iqtisadi müstəvidə təhlili” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib.

Virtual konfransı giriş sözü ilə açan  BDU-nun rektoru Elçin Babayev Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin  rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işgalçı Ermənistan üzərində tarixi Qələbəsindən bəhs edib. O bildirib ki, Azərbaycan ordusunun Ermənistan üzərində qələbəsi regionda sülhün, sabitliyin və inkişafın təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.  Rektor bu qələbədə Bakı Dövlət Universitetinin tələbə və məzunlarının iştirakını da xüsusi vurğulayıb, Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını, qazilərimizlə fəxr etdiyini diqqətə çatdırıb.

Konfransın plenar iclası Türkiyə Cümhuriyyətinin Ankara Sosial Elmlər Universiteti, Yıldırım Beyazıt Universiteti, Uludağ Universiteti və Bakı Dövlət Universitetinin alimlərinin çıxışları ilə davam edib.

BDU-nun Beynəlxalq münasibətlər kafedrasının professoru Ramiz Sevdimalıyev “Vətən müharibəsinin (II Qarabağ müharibəsi) beynəlxalq nəticələri”, Ankara Sosial Elmlər Universiteti Beynəlxalq münasibətlər fakültəsinin dekanı professor Muhittin Ataman “İkinci Karabağ Savaşının Kazananları ve Kaybedenleri”, BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru  İbrahim  Zeynalov “Vətən müharibəsində tarixi qələbəni şərtləndirən amillər”, Yıldırım Beyazıt Universitetinin Hüquq fakültəsinin əməkdaşı professor Yücel Acer “İkinci Karabağ Savaşı’nda Ermenistan’ın Savaş Suçları”, Uludağ Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dekanı professor Ferhat Pirinççi “Karabağ’da Kördüğümün Çözülmesi: Türkiye ve Azerbaycan Perspektifi”, BDU-nun Beynəlxalq ümumi hüquq kafedrasının dosenti Rahim Məmmədov “Ermənistanın Azərbaycana qarşı təcavüzünün beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış ediblər.

Çıxışlarda Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun əzmi sayəsində tariximizin ən parlaq və unudulmaz zəfərlərindən birini yaşaması, müzəffər Azərbaycan Ordusunun qüdrəti, yenilməz Azərbaycan əsgərinin qəhrəmanlığı, Türkiyə-Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinə diqqət çəkilib. Bu şanlı Qələbənin əldə edilməsində xalqımızın birliyi və həmrəyliyinin böyük rolu olduğu da vurğulanıb. Ermənistanın Azərbaycana qarşı apardığı hərbi təcacüzün beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi, uzun illər davam edən işğalçılıq siyasətinin dayandırılmasını şərtləndirən amillər və qələbənin nəticələri barədə müzakirələr aparılıb.
Konfrans işini bölmə iclaslarında davam etdirib.

Xəbərlər

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
28/03/2024

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
28/03/2024

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
28/03/2024