BDU-da "Qarabağın bərpası və yeni iqtisadi imkanlar" adlı tədbir keçirilib

14/04/2021

Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə "Qarabağın bərpası və yeni iqtisadi imkanlar" adlı onlayn tədbir keçirilib.

BDU THİK sədri Hacıbaba Mustafayev tədbirdə çıxış edərək Vətən müharibəsindən, Qarabağda aparılan yenidənqurma işləri, işğaldan azad olunmuş ərazilərimizə aktiv həyatın qaytarılması, həmin ərazilərdə maddi-mədəni irsin bərpasıdan bəhs edib. Qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb və bu məsələnin növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olaraq müəyyən edilməsi Azərbaycan dövlətinin bu işə nə dərəcədə böyük önəm verdiyinin bariz nümunəsidir.

Filologiya fakültəsi üzrə THİK sədri Sezər Məmmədli çıxışında erməni separatçılarının tarixin müxtəlif mərhələlərində xalqımıza qarşı törətdiyi hərbi cinayətlərdən, işğal nəticəsində ölkəmizə vurulmuş zərərdən, maddi-mədəni irsimizin daşıyıcısı olan tarixi  abidələrimizin, yaşayış məntəqələrimizin dağıdılması ilə bağlı məlumat verib.

Çıxışlarda bildirilib ki, ölkə rəhbərinin yüksək idarəçiliyi ilə işğaldan azad olunmuş Qarabağda ərazilərin sistemli şəkildə bərpa və yenidənqurma işləri həyata keçiriləcək, əhalinin məskunlaşdırılmasına başlanılacaq, böyük potensiala malik regionun iqtisadiyyatı inkişaf etdiriləcək.

Xəbərlər

BDU-da zəif qarşılıqlı təsirlərin sintetik kimyada tətbiqi öyrənilir

BDU-da zəif qarşılıqlı təsirlərin sintetik kimyada tətbiqi öyrənilir
30/12/2025

BDU-nun Kimya fakültəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

BDU-nun Kimya fakültəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
30/12/2025

BDU-nun 139 nəfər müəllim və tələbəsinin IELTS imtahanında iştirak xərcini Təhsilin İnkişafı Fondu qarşılayıb

BDU-nun 139 nəfər müəllim və tələbəsinin IELTS imtahanında iştirak xərcini Təhsilin İnkişafı Fondu qarşılayıb
30/12/2025