BDU-da "Qayıdışın başlanğıcı" adlı tədbir

06/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 2016-cı ilin Aprel döyüşlərinə həsr olunmuş "Qayıdışın başlanğıcı" adlı onlayn tədbir keçirilib.

Fakültəsinin dekanı Abdulsəyid Əzizov, dekan müavinləri Taleh Qəhrəmanov, Fuad Kərimli, professorlar Teymur İlyaslı, İbrahim Məmmədov çıxış edərək müdrik və qətiyyətli sərkərdəmiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Aprel döyüşlərində parlaq qələbə qazandığını, düşmənə layiqli cavab verdiyini nəzərə çatdırıblar.

Sonra Sənaye kimyası elmi-tədqiqat labaratoriyasının kiçik elmi işçisi, Aprel döyüşləri və Vətən müharibəsinin iştirakçısı Mircavid Ağayev keçdiyi döyüş yolu haqqında danışıb. Kimya fakültəsinin tələbələri Zəkiyyə Məmmədova, Ayşə Qocazadə, Tural Abdullayevin Aprel döyüşlərinə həsr olunmuş çıxışlar ediblər.

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
19/10/2026