BDU-da Qazaxıstanın R.B.Süleymanov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları ilə görüş

14/10/2025

Qazaxıstanın R.B.Süleymanov adına Şərqşünaslıq İnstitutunun direktoru Duken Massimxanulu, əməkdaşları Bolat Qudaybergenulu, Saginis Amirbekova Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin qonağı olublar.

Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan BDU-nun tarixi, Şərqşünaslıq fakültəsinin yaranması, fəaliyyəti haqqında məlumat verib. Görüşdə iki ali təhsil müəssisəsi arasında birgə əməkdaşlıq, ortaq elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, konfrans, elmi seminarların keçirilməsi, müəllim-tələbə mübadiləsi məsələləri müzakirə olunub.

Qonaqlar Şərqşünaslıq fakültəsinin Türk və ərəb filologiyası, Orta şərq dilləri və ədəbiyyatı, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedralarının fəaliyyəti ilə də tanış olub, tələbələrlə görüşüblər.

 

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026