BDU-da “Qida məhsullarında polifenolların və antioksidant fəallığın təyini üçün biosensor” mövzusunda elmi seminar

27/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biomühəndislik elmi-tədqiqat laboratoriyasında “Qida məhsullarında polifenolların və antioksidant fəallığın təyini üçün biosensor” mövzusunda onlayn elmi seminar keçirilib. Seminarda Biologiya fakültəsinin professor-müəllim heyəti, doktorant və magistrantları iştirak edib.

Məruzəçi, “Biomühəndislik” ETL-nin aparıcı elmi işçisi, biologiya elmləri namizədi Rüfət Ağalarov meyvə şirələri və şərablardakı polifenolların və onların antioksidant aktivliyinin ekspress təyini üçün biosensorların istehsal variantları haqqında məlumat verib. Biosensorların lakkaza və tirozinaza əsasında istehsal variantları, qrafen və karbon nanoboruları kimi substratlarda immobilizasiya üsulları, enzimlərin stabilləşdirilməsi və müxtəlif konfiqurasiyalı nanosensorların istifadə müddəti kimi məsələlər nəzərdən keçirilib.

Sonda mövzu ilə bağlı geniş diskussiya keçirilib, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Xəbərlər

Bakı Dövlət Universitetinə “QS 5 Stars” mükafatı təqdim edilib

Bakı Dövlət Universitetinə “QS 5 Stars” mükafatı təqdim edilib
06/11/2025

BDU-nun Kimya fakültəsində Zəfər Günü qeyd olunub

BDU-nun Kimya fakültəsində Zəfər Günü qeyd olunub
06/11/2025

BDU-da tədbir: “Zəfərə gedən yolun son addımı"

BDU-da tədbir: “Zəfərə gedən yolun son addımı"
06/11/2025