BDU-da qida təhlükəsizliyinə dair təlim keçirilib

06/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Qida təhlükəsizliyi və mühəndislik: tələbələr üçün yeni yollar və geniş imkanlar” adlı təlim keçirilib. Tədbir gənclərin elm, texnologiya və sənaye sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunub.

Fakültənin dekanı Afət Məmmədova bildirib ki, bu cür görüşlər tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla birləşdirməsinə, müasir istehsalatla tanış olmasına geniş imkan yaradır. O vurğulayıb ki, qida təhlükəsizliyi və keyfiyyət standartlarına riayət etmək qlobal prioritetlərdən biridir və tələbələrin bu istiqamətdə müasir yanaşmaları öyrənməsi mühüm əhəmiyyət daşıyır.

Təlimçi, “Azerbaijan Fish Farm” MMC-nin Keyfiyyət və SƏTƏM şöbəsinin müdiri Cavid Qurbanzadə qida sənayesində tətbiq olunan beynəlxalq keyfiyyət idarəetmə sistemləri — ISO 9001, ISO 22000 və HACCP standartları barədə danışıb. O, müəssisələrdə keyfiyyətə nəzarət, risk analizi, istehsalatda təhlükəsizlik qaydaları və ekoloji məsuliyyət prinsipləri haqqında məlumat verib.

Təlim interaktiv müzakirə şəklində davam edib, tələbələrin qida mühəndisliyi sahəsində karyera imkanları, sertifikatlaşdırma və texnoloji yeniliklərlə bağlı sualları cavablandırılıb.

 

Xəbərlər

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş
16/09/2026

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib
16/09/2026