BDU-da qlobal iqlim dəyişikliyinə həsr olunmuş elmi seminar keçirilib

28/10/2024

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində qlobal iqlim dəyişikliyinə həsr olunmuş elmi seminar keçirilib.

Seminarda Ekologiya və torpaqşünaslıq, Fizika, Kimya, Biologiya, Jurnalistika, Coğrafiya, Filologiya, Mexanika və riyaziyyat, Sosial elmlər və psixologiya, İnformasiya və sənəd menecmenti, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Tarix və Şərqşünaslıq fakültələrinin tələbələri iştirak ediblər.

BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi beynəlxalq aləmdə Azərbaycana olan dərin etimad və hörmətin sübutudur. Bu, ölkənin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş statusunu təsdiqləyir.

“Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədr müavini Pərvanə Xıdırova COP29 çərçivəsində Azərbaycanın quraq rayonlarında su probleminin həlli üçün həyata keçirdikləri layihələr barədə videoçarxları auditoriyanın diqqətinə çatdırıb.

Ümumdünya Təbiəti Mühafizə Təşkilatının (WWF) Azərbaycan nümayəndəliyinin COP29 üzrə koordinasiya koordinatoru Elçin Sərdarov “Qlobal iqlim dəyişmələri” mövzusunda məruzəsində iqlim dəyişmələrinin səbəbləri, törətdiyi fəsadlar, dayanıqlı inkişaf məqsədləri, təmiz ətraf mühit və ekoloji jurnalistikanın rolundan bəhs edib.

“WWF Azərbaycan”ın iqlim dəyişmələri üzrə eksperti Elana Əlizadə "İqlim dəyişmələrinin ekoloji aspektləri və adaptasiya" mövzusunda çıxışında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tələbləri, mitiqasiya və adaptasiya haqqında məlumat verib.

BDU-nun Tələbə Elmi Cəmiyyətinin Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə sədri Günel Hacəliyeva isə gənclərin iqlim dəyişikliyinin qarşısının alınması və ətraf mühitin qorunmasında roluna dair iştirakçıları məlumatlandırıb.

Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbərlər

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib
08/05/2026

BDU-da II Respublika elmi konfransı: “Dahi şəxsiyyət və müdrik lider”

BDU-da II Respublika elmi konfransı: “Dahi şəxsiyyət və müdrik lider”
08/05/2026

BDU-da “Sosial-emosional öyrənmə və bacarıqlar” mövzusunda təlim keçirilib

BDU-da “Sosial-emosional öyrənmə və bacarıqlar” mövzusunda təlim keçirilib
08/05/2026