BDU-da “Qloballaşma dövründə insan hüquqları və milli hüquq sistemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib

13/12/2012

Bu gün Bakı Dövlət Universitetində İnsan Hüquqlar haqqında Ümumi Bəyannamənin qəbul edilməsinin 64-cü ildönümünə həsr edilmiş “Qloballaşma dövründə insan hüquqları və milli hüquq sistemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransın təşkilatçıları - Bakı Dövlət Universitetinin Hüquq fakültəsi, AMEA İnsan Hüquqları İnstitutu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatıdır.

Elmi-praktik konfransı giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov onun işinə uğurlar arzulayıb. Konfransın əhəmiyyətindən bəhs edən rektor, eyni zamanda, Azərbaycanın insan hüquqları sahəsindəki fəaliyyətindən danışıb. Deyib ki, beynəlxalq hüquq sahəsində konfranslar o ölkələrdə keçirilir ki, həmin ölkələrdə bunun üçün elmi baza vardır. Bundan əlavə, ölkədə hüquqi dövlət quruculuğu sahəsində əldə edilmiş nailiyyətlər, yaradılmış baza prinsipləri, həmçinin elmi məktəblərin və sahə mütəxəssislərinin mövcudluğu əsas götürülür. Bildirib ki, əsası ulu Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən insan hüquqları siyasəti Bakı Dövlət Universitetində də prioritet sahələrdən olduğundan beynəlxalq konfransın burada keçirilməsi mümkün hesab edilmişdir.

Rusiya Federasiyası, Ukrayna, Türkiyə, Polşadan qatılan professorların, elm adamlarının iştirak etdiyi beynəlxalq elmi-praktik konfrans işini «Dövlət və hüquq nəzəriyyəsi və tarixi», «Konstitusiya hüququ», «Beynəlxalq hüquq», «Avropa hüququ», «İnsan hüquqları», «Cinayət prosesi və kriminalistika», «Cinayət hüququ və kriminologiya», «Mülki hüquq və mülki proses», «Əmək və ekologiya hüququ» bölmələrində davam etdirmiş, ümumən  250-dən artıq məruzə dinlənilmişdir.

Mətbuat və informasiya şöbəsi, 13 dekabr 2012-ci il.

Xəbərlər

BDU 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresində iştirak edir

BDU 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresində iştirak edir
02/10/2023

BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı "Qarabağ Azərbaycandır!" tamaşası nümayiş olunub

BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı "Qarabağ Azərbaycandır!" tamaşası nümayiş olunub
02/10/2023

BDU-nun şəhid məzunu Ceyhun Şalıyevin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ceyhun Şalıyevin məzarı ziyarət olunub
02/10/2023