BDU-da qrafen-oksidin nanohissəciklərlə əlaqəsinə dair elmi araşdırmalar aparılır

04/06/2024

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında “Qrafen-oksidin kovalent və qeyri kovalent əlaqələrinin funksionallaşdırılması” adlı elmi seminar keçirilib.

ETL-in əməkdaşı Günel Əliyeva bu istiqamətdə son dövrlər aparılan elmi tədqiqat işlərini müqayisəli şərh edib. Məruzədə tədqiqat nəticəsində əldə olunan mürəkkəb strukturların sintezi, fiziki-kimyəvi analiz metodarı ilə quruluşlarının öyrənilməsi və bu yüksək mürəkkəbliyin nəticəsi olan müxtəlif kimyəvi xüsusiyyətləri barədə məlumat verilib. Qrafen-oksidin biomolekullar, polimerlər, dərmanlar, metallar və metal oksid əsaslı nanohissəciklər ilə əlaqəli müxtəlif növlərlə həm qeyri-kovalent, həm də kovalent funksionallaşdırılmasına diqqət çəkən Günel Əliyeva təqdimatda uyğunlaşdırılmış funksionallaşdırma əsasında hazırlanan materialların dərmanların çatdırılması, enerji materialları, günəş batareyaları, suyun parçalanması, ətraf mühit, katalitik, fotokatalitik və biotibbi texnologiyalarda tətbiqinin mümkün olduğunu qeyd edib.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026