BDU-da QS tərəfindən təşkil olunan “Reimagine Education” müsabiqəsi ilə bağlı təlim

10/04/2026

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi və “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasovun nüfuzlu “Quacquarelli Symonds” (QS) təşkilatı tərəfindən təşkil olunan “Reimagine Education” müsabiqəsinə dair təlimi keçirilib.

Təlim zamanı təhsildə innovasiya və texnologiyanın tətbiqini təşviq edən beynəlxalq mükafat və konfrans proqramı olan “Reimagine” proqramı haqqında məlumat verilib. Təşəbbüsün mahiyyəti, əhatə etdiyi istiqamətlər və təqdim olunan imkanlar iştirakçıların diqqətinə çatdırılıb. Ötən il həyata keçirilən analoji layihə barədə danışan Asiman İlyasov əldə edilmiş nəticələr və iştirakçıların qazandığı təcrübələrdən söz açıb. Bunlarla yanaşı, layihələrin qiymətləndirilməsi zamanı münsiflərin tələbləri və diqqət olunan məqamlar qeyd olunub.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026