BDU-da “Qurtuluşumuzun Suverenlik yolu” adlı kitab sərgisi

13/06/2025

Bakı Dövlət Universitetinin Elmi Kitabxanası 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşumuzun Suverenlik yolu” adlı kitab sərgisi hazırlayıb.

Sərgidə Azərbaycan, rus və ingilis dillərində Ulu Öndər Heydər Əliyevin zəngin ictimai-siyasi irsini, dövlətçiliyimizin möhkəmləndirilməsindəki əvəzsiz xidmətlərini və ölkəmizin müstəqilliyə gedən yolunu əks etdirən 100-dən çox nəşr nümayiş olunur.

Nümayiş olunan nəşrlər içərisində Ümummilli Liderin çoxcildlik əsərləri, xarici səfərlərindən bəhs edən materiallar və ölkənin müxtəlif sahələrdəki nailiyyətlərini əhatə edən kitablar da yer alır. “Azərbaycanın qurtuluş tarixi”, “Qurtuluşdan tərəqqiyə” kimi nəşrlər oxucuların xüsusi marağına səbəb olub.

Sərgi gənc nəslin milli yaddaşının gücləndirilməsi və tariximizə dərin bağlılıq ruhunda yetişməsinə töhfə verməyi hədəfləyir.

 

Xəbərlər

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir
23/10/2026