BDU-da "Quyularda boruarxası qazın yığılması üçün yerüstü avadanlıq" mövzusunda vebinar keçirilib

18/05/2021

Bakı Dövlət Universitetinin  (BDU) Tətbiqi riyaziyyat Elmi-Tədqiqat İnstitutunda növbəti elmi vebinar keçirilib. Vebinarda Şahvələd Mustafayev "Quyularda boruarxası qazın yığılması üçün yerüstü avadanlıq" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə ştanqlı quyu nasos üsulu ilə istismar olunan quyularda boruarxası fəzadan ayrılan qaz yığılması üçün yerüstü avadanlıq işlənib hazırlanması haqqında məlumat verilib, bu avadanlıqların quyuda əlverişli iş rejimi yaradacağı, boruarxası qaz itkisinin qarşısını alınması göstərilib.

Vebinarda  Türkiyə və İrandan olan riyaziyyatçı alimlər, BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin professor-müəllim heyəti, gənc tədqiqatçılar və magistrantlar iştirak ediblər.

Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.

Xəbərlər

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
28/10/2026

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
28/10/2026

BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib

BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib
28/10/2026