BDU-da qızıl nanohissəciklərinin bioloji üsulla sintezi və tibbdə tətbiqi üzrə araşdırmalar davam edir

03/07/2023

Bakı Dövlət Universitetinin Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən  Xəlilovun həmmüəllifi olduğu “Allium cepa L. qabığının sulu ekstraktından alınmış qızıl nanohissəciklərin  (Au NPs) antipatogen, antioksidant, antikolinesteraz fəaliyyəti”  (“Green synthesis and evaluation of antipathogenic, antioxidant, and anticholinesterase activities of gold nanoparticles (Au NPs) from Allium cepa L. peel aqueous extract”) adlı məqalə “Web of Science” elmmetrik bazasına daxil olan (IF: 4.05) “Biomass Conversion and Biorefinery” jurnalında dərc olunub.

https://link.springer.com/article/10.1007/s13399-023-04362-y

Məlumdur ki, bioloji üsulla alınmış qızıl nanohissəciklər terapevtik xüsusiyyətə malikdir və müasir tibbdə geniş tətbiq edilir. Ona görə də işdə qızıl nanohissəcikləri ekoloji cəhətdən təmiz və səmərəli üsulla –allium cepa (AC) qırmızı qabıq (dəri) ekstraktından istifadə edilməklə sintez olunub. Qızıl nanohissəciklərin antibakterial və antioksidant fəaliyyəti, həmçinin asetilkolinesteraza (AChE) və butirilxolinesteraza (BChE) fermentlərinə inhibitor təsiri araşdırılıb, optik xassələri tədqiq edilib. TEM tədqiqatları əsasında nanohissəciklərin əsasən sferik formada olması və ölçülərinin 6.08-54.20 nm intervalında dəyişdiyi müəyyənləşdirilib.

Xəbərlər

Zəfərimizin təntənəsi - Dövlət Suverenliyi Günü

Zəfərimizin təntənəsi - Dövlət Suverenliyi Günü
20/09/2024

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 92 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 92 il ötür
20/09/2024

“BDU könüllüləri” təşkilatına qəbul elan edilir

“BDU könüllüləri” təşkilatına qəbul elan edilir
20/09/2024