BDU-da qızılı stafilokok bakteriyasına qarşı müqavimət mexanizmlərinə dair araşdırmalar aparılır

11/06/2025

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biotibbi materiallar kafedrasında “Staphylococcus aureus: müasir tibbin qarşısında dayanan ciddi təhlükə” mövzusunda elmi seminar keçirilib.

Məruzəçi, kafedranın müəllimi Aygün İsrayılova bildirib ki, qızılı stafilokok (staphylococcus aureus) bakteriyası hazırda insan sağlamlığı, qlobal səhiyyə üçün ən ciddi təhlükələrdən biri hesab olunur. Geniş spektrli infeksiyalara səbəb olan bu patogen antibiotiklərə qarşı davamlılığı ilə seçilir. Aparılan tədqiqatlara əsasən, S. aureus-un antibiotiklərə qarşı müqaviməti β-laktamazaların sintezi, metisillinə davamlılıqla (MRSA) əlaqəli olan mecA geninin əldə olunması, ribosomal RNT və ya DNT-dəki mutasiyalar nəticəsində hədəf sahələrinin dəyişməsi, eləcə də antibiotiklərin enzimatik inaktivasiyası kimi mexanizmlər vasitəsilə formalaşır.

Məruzəçi həmçinin bakteriya membranının strukturunda baş verən dəyişikliklərin daptomisin kimi güclü antimikrob agentlərə qarşı müqavimətin yaranmasına səbəb olduğunu deyib. Qeyd edib ki, bu kompleks rezistentlik mexanizmləri S. aureus-un müalicəsini çətinləşdirir və yeni, effektiv antimikrob strategiyaların inkişafını zəruri edir. Eyni zamanda, bu cür davamlı və rezistent ştammların sürətlə yayılması ictimai sağlamlıq üçün təhlükə yaradır və davamlı epidemioloji nəzarətin əhəmiyyətini bir daha gündəmə gətirir.

Seminarda daha sonra antibiotiklərin düzgün istifadəsi və elmi əsaslı yanaşmaların tətbiqinin infeksiyaların qarşısının alınmasındakı rolu müzakirə edilib.

 

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür
26/04/2026

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq
24/04/2026

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb
24/04/2026