BDU-da Respublika elmi konfransı: “Coğrafiya: qlobal trendlərin kəsişməsində”

21/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Coğrafiya: qlobal trendlərin kəsişməsində” mövzusunda tələbə, magistr və gənc tədqiqatçıların Respublika elmi konfransı keçirilib.

Fakültə Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə keçirilən konfransın açılışında fakültə dekanı, professor Məqsəd Qocamanov müasir dövrdə qlobal dəyişikliklərin coğrafi tədqiqatların aktuallığını artırdığını, bu sahədə ixtisaslı kadrların hazırlanmasının xüsusi əhəmiyyət daşıdığını bildirib. Ümummilli Lider Heydər Əliyevin gənclərə və elmə verdiyi dəyəri vurğulayan dekan konfransın gənc tədqiqatçıların elmi potensialının inkişafına dəstək məqsədi daşıdığını qeyd edib.

Tədbirdə fakültənin müxtəlif kafedralarının nümayəndələri Aydın İbrahimov, Çingiz İsmayılov, Saleh Nağıyev, Şəkər Məmmədova, TEC sədri Fidan Rəcəbova, magistr İmran Bayramov çıxışlarında elmi-texniki tərəqqinin bəşəriyyət qarşısında həlli çətin olan problemlər yaratdığını, bunların içərisində insan və ətraf mühit arasında münasibətlərin əsas yer tutduğunu vurğulayıblar.

Konfransın plenar iclasında fakültə tələbələri Fidan Əhmədova “Sinqapurda azad iqtisadi zonaların yaradılması və fəaliyyətindəki problemlər”, Elvina Məmmədova “Zəyəmçayın maksimal axınının tədqiqi”, Hökümə Orucova isə “Coğrafiya fənni üzrə olimpiadaların təşkili və onun psixoloji aspektləri” mövzularında çıxış ediblər.

Konfrans öz işini üç bölmə ilə davam etdirib. Sessiyalar zamanı 20-dən çox tələbənin təqdimatı dinlənilib, elmi müzakirələr aparılıb.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”
02/09/2026

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır
02/09/2026

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi
01/09/2026