BDU-da Respublika elmi konfransı keçirilib

25/12/2017

Bu gün Bakı Dövlət Universitetində Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə “Kitabxana-informasiya fəaliyyəti və biliklər cəmiyyəti: inteqrasiya meyilləri və çağırışlar” mövzusunda Respublika elmi konfransı keçirilib.

Konfransı giriş sözü ilə Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Azad Qurbanov açaraq müasir dövrdə kitabxana-informasiya fəaliyyətinin prioritet istiqamətlərindən bəhs edib. Dekan ümummilli lider Heydər Əliyevin digər sahələrlə yanaşı, kitabxana işinə də yüksək qiymət verdiyini, bu sahənin inkişafı üçün bir sıra mühüm addımlar atdığını xatırladıb, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Sonra Kitabxanaşünaslıq kafedrasının müdiri, dosent Elçin Əhmədov məruzə ilə çıxış edib. Alimin məruzəsi maraqla dinlənilib, məruzə ətrafında diskussiyalar aparılıb.

Elmi konfrans işini bölmə iclaslarında davam etdirib. 4 bölmədə ümumilikdə 60 məruzə dinlənilib.

Mətbuat və informasiya şöbəsi, 25 dekabr 2017-ci il.

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026