BDU-da Respublika elmi konfransı: “Qlobal iqlim dəyişikliyi və Azərbaycanın müasir ekosistemi”

17/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Qlobal iqlim dəyişikliyi və Azərbaycanın müasir ekosistemi” mövzusunda Respublika elmi konfransı keçirilib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar barədə ətraflı məlumat verib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev bütün ictimai-siyasi fəaliyyəti dövründə Azərbaycanın inkişafı üçün çalışıb, millətimiz, xalqımız üçün əlindən gələni əsirgəməyib.

Konfransın açılış hissəsində Ekoloji kimya kafedrasının müdiri Sevinc Hacıyeva Ümummilli Liderin respublikamızın ətraf mühitinin qorunması sahəsindəki xidmətləri və ekoloji siyasəti, Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının müdiri Qərib Məmmədov qlobal iqlim dəyişikliklərinin torpaqların deqradasiyasına təsiri, Coğrafi ekologiya kafedrasının professoru Şövqi Göyçaylı Ulu Öndər Heydər Əliyevin irsi və Azərbaycan təbiətinin mühafizəsi barədə ətraflı məlumat veriblər.

Çıxışlarda Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə yenidən qayıdışı ilə ölkənin davamlı inkişaf yoluna qədəm qoyduğu, sabitliyin bərqərar olduğu, xarici siyasətdə böyük uğurlar qazanıldığı vurğulanıb.

Plenar məruzədə Coğrafi ekologiya kafedrasının müdiri Məhluqə Yusifova “Azərbaycanın alternativ enerji mənbələrindən istifadənin perspektivləri”, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin İqlim Dəyişmələri Mərkəzinin direktoru Sevinc Əhmədova “İqlim dəyişmələrinin Azərbaycana təsiri və kənd təsərrüfatında uyğunlaşma strategiyaları” mövzularında çıxış ediblər.

Daha sonra konfrans işini bölmə iclasları ilə davam etdirib.

 

Xəbərlər

BDU alimlərinin nanokompozit materialların sintezinə dair tədqiqatları davam edir

BDU alimlərinin nanokompozit materialların sintezinə dair tədqiqatları davam edir
20/06/2024

​BDU-nun SABAH qruplarında işləmək istəyənlərin nəzərinə

BDU-nun SABAH qruplarında işləmək istəyənlərin nəzərinə
20/06/2024

BDU-da yaz imtahan sessiyası uğurla davam edir

BDU-da yaz imtahan sessiyası uğurla davam edir
20/06/2024