BDU-da Respublika elmi konfransı: “Tətbiqi riyaziyyatın müasir problemləri”

14/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Tətbiqi riyaziyyatın müasir problemləri” mövzusunda Respublika elmi konfransı keçirilib.

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, professor Ələkbər Əliyev bildirib ki, kompüter elmlərinin sürətli inkişafı riyaziyyatın yeni tətbiq sahələrini əhəmiyyətli dərəcədə artırıb. 1972-ci ildə Ümummilli Lider Heydər Əliyevin göstərişi və himayəsi ilə yaradılan Tətbiqi riyaziyyyat və kibernetika fakültəsi fəaliyyət göstərdiyi müddətdə yüksəkixtisaslı kadrlar yetişdirərək, respublikada kompüter elmlərinin inkişafına və elmi-pedaqoji kadrların hazırlanmasına önəmli tövhələr verib. Belə konfranslar tətbiqi riyaziyyat və informasiya texnologiyalarının bir çox aktual problemləri üzrə fikir və bilik mübadiləsi üçün geniş platforma yaradır. Konfransa təqdim olunan elmi işlər əsasən dərin öyrənmə və maşın öyrənməsi alqoritmlərinin effektivliyinin artırılmasına, süni intellekt metodlarının tətbiq sahələrinə, informasiya təhlükəsizliyinin qorunması üsullarına, mobil tətbiqlərin yaradılmasına, kompüter şəbəkələrinin texniki və proqram təminatına və informasiya texnologiyalarının digər aktual sahələrinə həsr edilir.

Riyazi fizika tənlikləri kafedrasının müdiri, akademik Yusif Məmmədov Ulu Öndər Heydər Əliyevin Azərbaycanda təhsilin və elmin inkişafına verdiyi dəstəkdən bəhs edib. O, fakültənin tədris keyfiyyətini yüksək qiymətləndirərək, onun məzunlarının respublikanın və dünyanın müxtəlif elm və təhsil ocaqlarında fəaliyyət göstərdiyini bildirib.

Konfransda Ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiri, professor Rövşən Əliyev hər il keçirilən “Tətbiqi riyaziyyatın müasir problemləri” mövzusundakı elmi konfransların gənc tədqiqatçılar və magistrantlar üçün mükəmməl bir platforma yaratdığını vurğulayıb. O, konfransın məqsədinin elm, təhsil və istehsalatda informasiya texnologiyalarının tətbiqi və bilik mübadiləsini gücləndirmək olduğunu qeyd edib.

Plenar iclasda II kurs magistrantlar Murad Abdullazadə, Rəna Əhmədli və Aytən Baxşizadə öz elmi işlərini təqdim ediblər.

Konfrans öz işini “Tətbiqi riyaziyyat”, “Diferensial tənliklər”, “Optimal idarəetmə və riyazi kibernetika”, “Ehtimal nəzəriyyəsi və aktuar riyaziyyatı”, “İnformasiya texnologiyaları” bölmələri üzrə davam etdirib.

 

Xəbərlər

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub
30/05/2025

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb
30/05/2025

Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar

Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar
30/05/2025