BDU-da “Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” adlı Respublika elmi konfransı

02/05/2024

Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə  həsr olunmuş “Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” mövzusunda Respublika elmi konfransı keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov bildirib ki, son zamanlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək texnologiyaların müxtəlif sferalarda tətbiqinin genişləndirilməsini nəzərdə tutan fərman və sərəncamları, bütövlükdə İKT sahəsində həyata keçirilən dövlət siyasəti müvafiq qurumlar, elmi müəssisələr və ali məktəblərin qarşısına mühüm vəzifələr qoyur. Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafına göstərdiyi qayğıdan, müstəqillik illərində onun rəhbərliyi altında ölkəmizin keçdiyi inkişaf yolundan danışan Hüseyn Məmmədov qeyd edib ki, bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O diqqətə çatdırıb ki, BDU son illər elmin müxtəlif sahələri üzrə beynəlxalq və ölkə miqyaslı tədbirlərə, konfranslara uğurla ev sahibliyi edir. Tələbələrin elmi tədqiqata cəlb olunması tətbiqi elmlər üzrə güclü məktəbləri olan BDU-nun prioritet istiqamətlərindəndir. Hüseyn Məmmədov keçirilən konfransın riyaziyyat və informasiya texnologiyaları sahəsində aktual məsələlərin müzakirəsinə yol açacağına və faydalı olacağına əminliyini bildirib.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov ölkəmizdə dövlət gənclər siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gənclərinə hər zaman xüsusi qayğı ilə yanaşdığını, onlara böyük etimad göstərdiyini vurğulayıb. Natiq qeyd edib ki, bu gün gənclərin  siyasi, sosial-iqtisadi sahələrdə mühüm vəzifələrə təyin olunması, onlara böyük ümidlər bəslənilməsi Ulu Öndər tərəfindən təməli qoyulan gənclər siyasətinin davamıdır.
Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, BDU-nun Ali riyaziyyat kafedrasının müdiri Misir Mərdanov Ümummilli Liderin həyatı və zəngin fəaliyyəti barədə məruzə edib.
BDU-nun Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Ziyatxan Əliyev Ulu Öndərin Azərbaycan elminin, təhsilinin inkişafındakı xidmətlərini diqqətə çatdırıb. Daha sonra Ziyatxan Əliyev "Xətti və qeyri-xətti Dirak sistemlərinin assilyasiyası” adlı plenar çıxış edib.
Konfrans işini plenar məruzələrlə davam etdirib.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024