BDU-da “Riyaziyyat müəllimliyi” ixtisası üzrə tədris proqramları müqayisəli təhlil olunub

16/03/2026

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat, Fizika, Coğrafiya və Biologiya fakültələrinin iştirakı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş tədbirlər çərçivəsində ustad dərsi keçirilib. Ustad dərsində BDU-nun Mexanika-riyaziyyat fakültəsinin Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Finlandiyanın Helsinki Universitetində “Riyaziyyat müəllimliyi” ixtisası üzrə tədris proqramlarının müqayisəli təhlili” mövzusunda çıxış edib.

Professor Misir Mərdanov adıçəkilən universitetlərdə “Riyaziyyat müəllimliyi” ixtisası üzrə tədris proqramlarını, ayrı-ayrı fənlərə ayrılmış saatları müqayisəli təhlil edib. Qeyd olunan universitetlərdə bu ixtisas üzrə kadr hazırlığının struktur xüsusiyyətləri, məzmunu və tətbiq olunan yanaşmaları iştirakçıların diqqətinə çatdırıb. O, üç universitetin timsalında “Riyaziyyat müəllimliyi” ixtisasının tədrisinin oxşar və fərqli cəhətləri, qiymətləndirmə problemləri, tədris prosesində nümunə kimi götürülməli məqamlar barədə məlumat verib, Riyaziyyatın tədrisi metodikası fənninin fəlsəfəsi, didaktikası, tədris praktikası, etikası və digər məsələlərə aydınlıq gətirib.

Ustad dərsində ölkədə qeyd olunan ixtisas üzrə tədris planları ilə Helsinki Universitetinin tədris planı arasındakı fərqlər də nəzərə çatdırılıb, yekunda Azərbaycan universitetləri üçün real təkliflər təqdim olunub.

 

Xəbərlər

BDU-da geodinamik proseslərin şəhərsalmaya təsiri tədqiq olunur

BDU-da geodinamik proseslərin şəhərsalmaya təsiri tədqiq olunur
17/04/2026

BDU-da ustad dərsi: “Peyk məlumatlarının şəhərsalma və kadastr işində tətbiqi”

BDU-da ustad dərsi: “Peyk məlumatlarının şəhərsalma və kadastr işində tətbiqi”
17/04/2026

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-nun Tarix fakültəsində

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-nun Tarix fakültəsində
17/04/2026