BDU-da ürək çatışmazlığı zamanı baş verən dəyişikliklərdə yaş və cins fərqlərinin elmi əsasları müzakirə edilib

17/03/2023

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində fakültənin məzunu, ABŞ-ın Vyoming Universitetinin elmi işçisi, fəlsəfə doktoru Ayxan Yusifov “Ürək çatışmazlığı zamanı baş verən dəyişikliklərdə yaş və cins fərqləri” mövzusunda elmi seminar keçirib.

Məruzəçi ürək çatışmazlığı zamanı qanda katekolaminlərin miqdarının kəskin artmasının necə baş verdiyini izah edib. Bildirib ki, katekolaminlər ürəkdə Adrenergik Reseptorlara (AR) birləşir və ürək çatışmazlığına gətirib çıxarır. Tibb sahəsində AR-in  həddindən artıq stimulyasiyasının zərərli təsirləri ətraflı öyrənilib. AR-i bloklayan dərmanların , β- blokerlərin müalicə prosesində cavan və yaşlı xəstələrə, o cümlədən qadınlara eyni dozalarda verilməsi fərqli nəticələrə səbəb olur. Bu fərqli nəticələrin elmi əsasını öyrənmək üçün AR aktivləşdirilməsinin yaş və cinsə görə spesifik fərqləri aydınlaşdırılmalıdır.  Ayxan Yusifov bu fərqləri araşdırmaq üçün AR aktivləşdirilməsini isoproterenol (ISO) preparatından istifadə etməklə gəmirici modelində öyrəndiyini və  bu preparatı dişi və erkək olmaqla yeniyetmə (4 həftəlik), orta yaşlı (4-6 ay) və yaşlı (18 ay) C57Bl6 siçanlarına tətbiq etdiyini auditoriyaya çatdırıb. Elmi tədqiqatın nəticəsi kimi β-AR genlərinin ekspresiyyasında, kinaz (kinase) aktivliyində və mioflament zülallarının fosforlaşmasında yaş və cins fərqləri müşahidə edilib. Erkən yaşlarda idman hərəkətləri ürəkdə elə dəyişiklər yaradır ki, illər sonra bu dəyişikliklər hesabına ürək stressin öhdəsindən daha yüksək həddə gələ bilir.

Sonda məruzəçi iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Xəbərlər

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16/01/2026

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib
16/01/2026

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ
16/01/2026