BDU-da Rumıniyanın Yassı Universitetinin Azərbaycan Multikulturalizm Mərkəzinin rəhbəri ilə onlayn görüş

13/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Rumıniyanın Yassi Universitetində fəaliyyət göstərən Azərbaycan Multikulturalizm Mərkəzinin sədri Lyudmila Bejenaru ilə onlayn görüş keçirilib.

Fakültə dekanı Afət Məmmədova Bakı Beynəlxalq Multukulturalizm Mərkəzinin (BBMM)   yaradılmasının əhəmiyyəti və multikultural dəyərlərin təşviqindəki rolu haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsü istiqamətində BBMM-in apardığı ardıcıl və məqsədyönlü iş öz yüksək nəticəsini verməkdədir. Artıq xarici universitetlərdə  “Azərbaycan multikulturalizmi” fənninin tədrisi daha geniş coğrafiyanı əhatə etməklə bərabər, öz təsir dairəsi və gücünü də artırmaqdadır.

Ardınca çıxış edən Lyudmila Bejenaru rəhbərlik etdiyi Mərkəzin fəaliyyəti barədə geniş məruzə edib. O diqqətə çatdırıb ki, qloballaşan dünyada Rumıniya və Azərbaycan respublikaları dost ölkələr və yaxın iqtisadi tərəfdaşlar hesab olunurlar. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli münasibətlər yeni mərhələyə yüksəlib. Lyudmila Bejenaru Yassı Universitetində Azərbaycan Multikulturalizm Mərkəzinin fəaliyyətindən, universitetdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisindən bəhs edib. O qeyd edib ki, fənnin tədrisi zamanı Azərbaycanın UNESCO-nun siyahısına salınmış tarixi yerləri, maddi-mədəniyyət nümunələri haqqında tələbələrə mühazirələr oxunur. Mərkəzin fəaliyyətində Qarabağ şəhidlərinə həsr olunmuş tədbirlər, eləcə də Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində işlər yer alır.

Tədbirdə iştirak edən müəllimlər qeyd ediblər ki, bu kimi mərkəzlərin yaradılması müxtəlif mədəniyyətlərin bir-birini daha yaxşı anlamasına, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına, tolerantlığın gücləndirilməsinə kömək edir.

 

Xəbərlər

BDU-da "Media hüququ və insan hüquqları” mövzusunda təlim

BDU-da "Media hüququ və insan hüquqları” mövzusunda təlim
13/05/2025

BDU-da Rumıniyanın Yassı Universitetinin Azərbaycan Multikulturalizm Mərkəzinin rəhbəri ilə onlayn görüş

BDU-da Rumıniyanın Yassı Universitetinin Azərbaycan Multikulturalizm Mərkəzinin rəhbəri ilə onlayn görüş
13/05/2025

BDU-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ingilis dilində esse müsabiqəsi keçirilib

BDU-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ingilis dilində esse müsabiqəsi keçirilib
13/05/2025