BDU-da SABAH qruplarına tələbə qəbulu haqqında infosessiya

29/05/2024

Bakı Dövlət Universitetində (BDU) SABAH qruplarına bakalavriat və magistratura səviyyəsində tələbə qəbulu ilə bağlı infosessiya keçirilib. Ali təhsil müəssisələrinin rəhbər şəxslərinin iştirakı ilə keçirilən infosessiyada SABAH qrupları İcra Komitəsinin rəhbəri Elza Səmədova tələbə qəbulu qaydaları, seçim mərhələləri, tələbə və məzunların naliyyətləri haqqında məlumat verib. Qeyd edib ki, 2024/2025-ci tədris ili üçün SABAH qruplarında baza ali təhsil müəssisələri üzrə ixtisasların siyahısında Qarabağ Universitetindən olan ixtisaslar da öz əksini tapıb.

Tədbirdə bildirilib ki, 2024/2025-ci tədris ili üçün BDU-nun SABAH qruplarının bakalavriat səviyyəsi üzrə 6 ixtisas, magistratura səviyyəsi üzrə isə 8 ixtisaslaşma ilə fəaliyyətinin davam etdirilməsi nəzərdə tutulub. Bakalavriat səviyyəsində Biologiya müəllimliyi, Kimya müəllimliyi, Fizika müəllimliyi, Biotexnologiya, Psixologiya  və Kompüter elmləri ixtisasları üzrə qruplar təşkil olunacaq. Magistratura səviyyəsi üzrə isə Ehtimal nəzəriyyəsi və riyazi statistika, Əməliyyatlar tədqiqi və sistemli təhlil, Optimallaşdırma və optimal idarəetmə, Nanohissəciklər fizikası, Kompüter elmləri və texnologiyaları, Jurnalistika, Kimyəvi kinetika və kataliz və Molekulyar biologiya ixtisaslaşmalarında tədris aparılacaq.

Sonda isə tələbələrin sualları cavablandırılıb.

SABAH qrupları Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014–2015-ci tədris ilindən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılıb. Bu qruplar hazırda 13 ali təhsil müəssisəsində 55 ixtisas üzrə 4 minə yaxın tələbəni əhatə edir.

Xəbərlər

BDU-da elmi seminar: “Süni intellekt alqoritmləri vasitəsilə rəqsdə milli elementlərin aşkarlanması”

BDU-da elmi seminar: “Süni intellekt alqoritmləri vasitəsilə rəqsdə milli elementlərin aşkarlanması”
23/04/2026

BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin xor kollektivinin konserti

BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin xor kollektivinin konserti
23/04/2026

BDU tələbələri müasir şəhərlərdə mobillik barədə məlumatlandırılıb

BDU tələbələri müasir şəhərlərdə mobillik barədə məlumatlandırılıb
23/04/2026