BDU-da “SABAH.lab” Akselerasiya Mərkəzinin məlumat sessiyası

12/10/2022

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində fəaliyyət göstərən “SABAH.lab” Akselerasiya Mərkəzinin əməkdaşları ilə brilikdə  tələbələr üçün məlumatlandırma sessiyası təşkil olunub.
Tədbirin keçirilməsində məqsəd tədris yönümlü və inkubasiya yönümlüstartapların yaradılması,tələbələrə gənclərin yerli və qlobal innovativstartap layihələrinə cəlbi,  yeni startapların qurulması və inkişafı, investorların cəlb edilməsi, layihələrin dünya bazarına çıxarılması, startap komandaların təşkili haqqında ətraflı məlumat verməkdir.
İnteraktiv şəkildə keçirilən sessiyada tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “SABAH.lab” Akselerasiya Mərkəzi Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 2021-ci ilin oktyabr ayında yaradılıb. Mərkəzin fəaliyyəti iqtisadiyyatın müxtəlif sahələrində innovativ şirkətlərin yaradılması və inkişafına yönəlmiş startapların dəstəklənməsini əhatə edir.

Xəbərlər

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib
24/07/2026

BDU-da seminar: “Süni intellekt və gələcəyin peşələri”

BDU-da seminar : “Süni intellekt və gələcəyin peşələri”
24/07/2026

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır
23/07/2026