BDU-da “SABAHımız Siz olun!” adlı görüş

18/04/2022

Təhsil Nazirliyinin SABAH İcra Komitəsinin əməkdaşları Bakı Dövlət Universitetinin (BDU) I kurs tələbələri ilə “SABAHımız Siz olun!” adlı görüş keçiriblər. Tədbirin məqsədi ali məktəblərin I kurs tələbələrini SABAH qrupları haqqında məlumatlandırmaq, onları qəbul qaydaları ilə tanış etməkdir.

BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor Fərda İmanov tələbələrə təhsil sahəsində ölkədə və Universitetdə aparılan islahatlar haqqında məlumat verib. Qeyd edib ki, təhsil sahəsində islahatların tərkib hissəsi kimi yaradılan SABAH qrupları layihəsi  BDU-da uğurla həyata keçirilir.

Daha sonra  SABAH qrupları İcra Komitəsinin tədris işləri üzrə rəhbər müavini Eldar Qocayev çıxış edib. Eldar Qocayev SABAH qruplarının yaradılmasının məqsədi, hədəfləri, tədris prosesi, müasir tələblərə uyğun təşkili,  tələbə kontingenti və professor-müəllim heyəti haqqında tələbələri məlumatlandırıb və SABAH qruplarına qəbul qaydalarını açıqlayıb. Bildirib ki, SABAH qruplarına qəbul 3 mərhələdən ibarət olmaqla müsabiqə yolu ilə aparılır. Müsabiqədə ölkənin istənilən ali təhsil müəssisəsində yalnız tələb olunan ixtisaslar üzrə bakalavr pilləsinin I kursunda əyani əsaslarla təhsil alan və orta akademik göstəricisi 61-dən yuxarı olan tələbələr iştirak edə bilərlər.

Sonda tələbələrin SABAH qruplarına qəbulla əlaqədar çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, SABAH ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni, fərqli mühitin yaradılması, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb.

Xəbərlər

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub
30/05/2025

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb
30/05/2025

Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar

Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar
30/05/2025