BDU-da “Sağlam təməl, sağlam gələcək” mövzusunda maarifləndirici tədbir

04/03/2026

Bakı Dövlət Universitetində (BDU) “Sağlam sabah” layihəsi çərçivəsində Bakı Baş Səhiyyə Mərkəzi və BDU-nun nəzdində fəaliyyət göstərən 5 nömrəli tələbə poliklinikasının birgə təşkilatçılığı ilə “Sağlam təməl, sağlam gələcək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tələbə poliklinikasının baş həkimi Sevinc Höccətova belə layihələrin gənclərin maarifləndirilməsi və sağlamlığının qorunmasında önəmli rol oynadığını deyib. BDU-da tələbə poliklinikası ilə birgə keçirilən layihələr haqqında məlumat verib.

Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində fəaliyyət göstərən 2 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Vüsalə Əliyeva, Hövsan Sağlamlıq Mərkəzinin psixoloqu Nərmin Musayeva, 20 nömrəli şəhər poliklinkasının həkim-ginekoloqu Esmira İsmayılova sağlam həyat tərzi, dövri viruslar və aktual xəstəliklərdən söz açıblar. Tələbələrin tədris dövründə diqqət etməli olduqları gigeynik qaydalar və digər məsələlərlə bağlı danışıblar.

Tədbirin davamında gənclərə sağlam həyatın əsas şərtləri, narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələr kimi zərərli vərdişlərin mənfi təsirləri, sağlam qidalanma, gənclərin psixi vəziyyəti, zorakılığın növləri, ondan qorunma yolları, özünümüdafiə və qorunma strategiyaları, gənc qızların və oğlanların reproduktiv sağlamlığı və s. kimi mövzulara toxunulub, tələbələri ən çox narahat edən məsələlərə aydınlıq gətirilib.

Qeyd edək ki, paytaxt ərazisində fəaliyyət göstərən ali və orta məktəblərin tələbə-şagird heyətinin cəlb olunduğu “Sağlam sabah” layihəsinin əsas məqsədi gənc və yeniyetmələrə sağlam həyat tərzinin təbliğidir.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!
17/08/2026

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”
17/08/2026

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
14/08/2026