BDU-da süd vəzi xərçənginin diaqnostikasında yeni biomarkerlərin tədqiqi araşdırılır

27/02/2026

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş elmi seminar keçirilib.

Biofizika və Biokimya kafedrasının doktorantı Leyla Kərimova “Süd vəzi xərçənginin diaqnostikasında yeni biomarkerlərin tədqiqi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə süd vəzi xərçənginin müxtəlif bioloji tiplərində qan serumunda diaqnostik əhəmiyyətə malik göstəricilərin araşdırılması, yeni biomarkerlərlə ənənəvi biokimyəvi parametrlər arasındakı əlaqələrin öyrənilməsi, həmçinin HER-2 mənfi süd vəzi xərçəngində gen mutasiyalarının tədqiqi barədə məlumat verilib.

Qeyd olunub ki, tədqiqat 2023–2025-ci illərdə Milli Onkologiya Mərkəzində müayinə olunmuş 89 qadının klinik-laborator nəticələri əsasında aparılıb. Əldə olunan nəticələr auditoriya ilə bölüşülüb, istifadə edilən müasir metodlar diqqətə çatdırılıb.

Seminar çərçivəsində mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və tədqiqatın elmi-praktik əhəmiyyəti vurğulanıb.

 

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026