BDU-da “Sintaktik omonimlik” mövzusunda ustad dərsi

05/04/2022

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Rus dilçiliyi kafedrasının təşəbbüsü ilə “Sintaktik omonimlik” mövzusunda ustad dərsi keçirilib. 

Kafedranın professoru Sevinc Məhərrəmova mövzu ilə bağlı mühazirə oxuyub.
Bildirib  ki, 1960-cı illәrdәn başlayaraq “sintaktik omonimlik” anlayışı mühәndis struktur linqvistikasında geniş işıqlandırılıb. Onun işlənilməsi və tətbiqi dilçilikdә mәtnin komponentlәri olan cümlәlәrdәki çoxmәnalılığı aradan qaldırmaq cәhdi ilә bağlıdır. Buna görә dә struktur linqvistikasında qrammatikanın “bilavasitә tәşkil edәnlәr” konsepsiyası hazırlanıb. 

Çıxışda qeyd olunub ki, sintaktik omonimlik dildə söz birləşməsi və cümlə səviyyələrində təzahür edir, omonimliyin digər növlərindən fərdi və mürəkkəb xüsusiyyətlərinə görə fərqlənir. Sintaktik omonimlik eyni leksik tərkibə və eyni qrammatik quruluşa malik olub, müxtəlif informasiyaları verə bilən cümlələr səviyyəsində mövcud olur. Dilin sintaktik səviyyəsində təzahür edən omonimlik bütün dillər üçün ortaq olan amillərin, yəni sintaktik əlaqələr, söz sırası, cümlənin sintaqmlara bölünməsi və intonasiya kimi amillərin təsiri altında müvafiq dilin öz vasitələri əsasında formalaşır. 

Məruzəçi onu da diqqətə çatdırıb ki, sintaktik omonimlik haqqında ətraflı məlumatlar gələcəkdə bu mövzuda aparılacaq tədqiqat işlərində, yazılacaq dərslik və ya dərs vəsaitlərində nəzəri mənbə kimi istifadə oluna bilər. Sintaktik omonimliyin gələcəkdə tədris proqramına daxil olunmasını və bununla bağlı tədris materialının, dərs vəsaitinin, çalışmalar toplusunun hazırlanmasında tədqiqatın nəticələrindən istifadə edilməsini işin praktik əhəmiyyəti kimi dəyərləndirmək olar.

Sonra Rus dilçiliyi kafedrasının müdiri, professor Lalə Quliyeva, kafedranın baş müəllimi Tamilla İbrahimova mövzu ilə bağlı çıxışlar ediblər. Çıxışlarda vurğulanıb ki, sintaktik omonimlərin cümlə və ya mətn daxilində müəyyənləşdirilməsi, sintaktik quruluşun törətdiyi ikimənalılıq hadisəsinin şərhi təbii dil daşıyıcısından dərin dil bilgisi və hadisəyə məntiqlə yanaşma qabiliyyəti tələb edir. Bu baxımdan Sevinc Məhərrəmova müxtəlif dillərdən (rus, Azərbaycan, ingilis) maraqlı faktlar və misallar gətirərək mövzunu aydın şərh edib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024