BDU-da Sinxay inqilabının 100 illiyi qeyd edilib

24/11/2011

Bu gün Bakı Dövlət Universitetində Sinxay inqilabının 100 illiyi münasibətilə elmi konfrans keçirilib. Tarix və şərqşünaslıq fakültələri, universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu və Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyi tərəfindən təşkil olunan konfransdan öncə Sinxay inqilabı və Çinin müasir reallıqlarını əks etdirən foto-sərgiyə baxış keçirilib.

Konfransı açan rektor, akademik Abel Məhərrəmov Sinxay inqilabının əhəmiyyətindən danışıb, Çin və Azərbaycan xalqlarının tarixi əlaqələrindən, Çinin dinamik inkişafından bəhs edib. Akademik Abel Məhərrəmov həmçinin, Konfutsi İnstitutunun fəaliyyəti haqqında məlumat verib, universitetdə çin dili və ədəbiyyatı üzrə mütəxəssislərin hazırlandığını və səmərəli nəticələrin əldə edildiyini bildirib. Sonra Çinin Azərbaycandakı səfiri Can En Yan konfransın əhəmiyyətini qeyd edib, Sinxay inqilabından danışıb. Dosent Atamaoglan Məmmədli məruzəsi isə auditoriya tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Sinxay inqilabı nəticəsində Çində Mançur sülaləsi devrilib, Çin imperiyası dağılıb və respublika elan edilib.

BDU-nun Mətbuat və İnformasiya Şöbəsi, 24 noyabr, 2011-ci il.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026