BDU-da “Smart kitabxana” konsepsiyasına dair müzakirələr aparılıb

23/11/2022

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə ””Smart kitabxana” konsepsiyası” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Kitabxanaşünaslıq kafedrasının dosenti, texnika üzrə fəlsəfə doktoru Nazlı Həsənova mövzu ilə bağlı məruzə edib.

Məruzədə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 aprel 2021-ci ildə imzaladığı “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında sərəncamı smart texnologiyaların aparat və proqram təminatının tədqiq edilməsinə və eyni zamanda tətbiq sahələrinin araşdırılmasına zəmin yaradır. Bu baxımdan “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin reallaşdırılması zamanı kitabxana-informasiya xidmətlərinin həyata keçirilməsinə “Smart kitabxana” konsepsiyası tətbiq oluna bilər.

Araşdırmada kitabxanaların keçdiyi təkamül mərhələləri barədə məlumat verilib, müasir dövrdə İKT texnologiyalarının kitabxana işinə tətbiqinin üstünlükləri, yeni nəsil kitabxanaların xarakterik xüsusiyyətləri şərh olunub. Bildirilib ki, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin əsas ideyası xidmət sahələrini və obyektləri vahid sistemdə birləşdirib idarə etməkdən ibarətdir. Bu mənada həmin konsepsiyanın kitabxana işinə tətbiqi, smart kitabxanaların qurulması səmərəli nəticələr verə bilər. Məruzədə “Smart kitabxana” konsepsiyası intellektual platforma kimi təqdim edilib, “Ağıllı kitabxana”lara verilən müxtəlif təriflər şərh olunub. Qeyd edilib ki, “Ağıllı kitabxana”lar rəfləri, çap kitabları olmayan, böyük serverləri, rəqəmsal arxivləri olan kitabxanalardır. Belə kitabxanalar radiotezlik identifikasiyası vasitələrinə, standart beynəlxalq İnteqrasiya edilmiş Kitabxana İdarəetmə Sistemi (ILMS), axtarış alətləri, web-OPAC, Standart Rəqəmsal Proqram təminatına (Dspace/E-Print) malikdir. Araşdırmada həmçinin mobil texnologiyalar, kabelsiz sistemlər, RFİD, LED, “İnternet of things” texnologiyaları, verilənlərin intellektual analizi vasitələri, standart və protokolların kitabxanalara tətbiqi məsələləri barədə məlumatlar verilib.

Elmi seminar müzakirələrlə davam etdirilib.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Aprelin ortalarından sonunadək güclü Lirid meteor yağışı müşahidə ediləcək”

BDU-nun Astrofizika kafedrası: “Aprelin ortalarından sonunadək güclü Lirid meteor yağışı müşahidə ediləcək”
02/04/2025

BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb

BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb
01/04/2025

BDU tələbəsi Xədicə Zeynallı kapoeyra üzrə Avropa çempionu olub

BDU tələbəsi Xədicə Zeynallı kapoeyra üzrə Avropa çempionu olub
01/04/2025