BDU-da "Sən Də Bizimlə Topla!" adlı aksiya keçirilib

25/10/2019

25 oktyabr 2019-cu il tarixində Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə universitet ərazisində yeni bir aksiya keçirilib. Azərbaycanın ən geniş tələbə kontingentinə sahib olan Bakı Dövlət Universitetinin tələbələri "Sən Də Bizimlə Topla!" deyərək hazırda Yer kürəsinin qarşısında duran ən qlobal problemlərdən birinə toxunublar.
Unutmayaq ki, hazırda ətraf mühiti çirkləndirən əsas faktorlardan biri də plastik qablaşdırma tullantılarıdır. Ötən əsrin ortalarında dünya üzrə təxminən 1,5 milyon ton plastik istehsal olunub. Həmin göstərici 1990-cı ildə təxminən 67 dəfə artaraq 100 milyon tona çatıb. 2015-ci ilə qədər isə bu rəqəm 3 dəfədən çox artıb və təxminən 322 milyon tona bərabər olub. Hər il dünyada 4 trilyon paket istifadə olunur, hər 1 dəqiqədə 1 milyon polietilen torba zibil qutusuna atılır.  Onlar ətraf mühitdə uzun müddət qalır və çürümür. Ətraf mühitin mühafizəsinə töhfə vermək hər birimizin borcudur.

Elə tələbə-gənclərin də dediyi kimi: "Biz əlimizdən gələni etdik.Gərək cəmiyyət özü bunun üçün çalışa!" #bdu #bdutgt #bdutgtaksiya #bdu100il #bdu100year

"Sən Də Bizimlə Topla!" adlı aksiya


Xəbərlər

Birinci instansiya məhkəmələrinə hakim təyin edilən 52 nəfərin 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə hakim təyin edilən 52 nəfərin 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026