BDU-da sənaye mülkiyyəti və patentləşdirmə ilə bağlı maarifləndirici seminar

21/11/2025

Bakı Dövlət Universitetinin (BDU) Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Əqli mülkiyyətin qorunması şöbəsi və Əqli Mülkiyyət Agentliyinin birgə təşkilatçılığı ilə “Sənaye mülkiyyətinin obyektləri və onların qeydiyyatı” mövzusunda seminar keçirilib.

BDU-nun nəzdində Fizika Problemləri İnstitutunun direktoru, professor Mais Süleymanov seminar iştirakçılarına əqli mülkiyyətin qorunması və sənaye mülkiyyətinin innovasiya mühitində rolunun əhəmiyyətindən danışıb.

Əqli Mülkiyyət Agentliyinin nəzdində Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru Anar Hüseynov seminarın məqsədi, sənaye mülkiyyəti obyektlərinin qorunmasının əhəmiyyəti və innovasiya ekosistemində patentləşdirmənin rolu haqqında məlumat verib.

Mərkəzin baş məsləhətçi-eksperti Könül Əmircanova və İlkin ekspertiza və sənaye nümunələrinin ekspertizası şöbəsinin müdiri Afət Qasımova patent hüququ obyektləri və iddia sənədlərinin hazırlanması ilə bağlı təqdimat ediblər.

Seminarın davamında İxtira və faydalı modellərin ekspertizası şöbəsinin müdiri Sevinc Zeynalova, şöbənin Kimya sektorunun aparıcı məsləhətçisi Sevinc Dünyamalıyeva, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin eksperti Firuzə Bəhramova əqli mülkiyyət obyektlərinin ekspertizası, beynəlxalq və regional patentləşdirmə prosesləri, kimya və tibb sahələri üzrə iddia sənədlərinin hazırlanması, eləcə də “PƏNAH” rəqəmsal informasiya sisteminin funksionallığı barədə geniş məlumat veriblər.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb. Seminar əqli mülkiyyət mədəniyyətinin inkişafına və universitet–agentlik əməkdaşlığının gücləndirilməsinə mühüm töhfə verib.

 

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026