BDU-da “Sənəd axınının tədqiqi” mövzusunda elmi seminar

05/03/2022

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, gənc tədqiqatçıların və tələbələrin iştirakı ilə “Sənəd axını innovativ tədqiqatlar kontekstində” mövzusunda elmi seminar keçirilib.

Mövzu ilə bağlı fakültənin elmi işlər üzrə dekan müavini Zahidə Rzayeva məruzə edib.

Məruzədə müasir informasiya texnologiyalarının dinamik inkişaf etdiyi şəraitdə sənəd axını innovativ tədqiqatlar müstəvisindən təhlil edilib,  kitabxanaçılıq-biblioqrafiya sahəsi üzrə sənəd axınının inkişaf mərhələləri, tendensiyaları şərh olunub. Bu anlayışın biblioqrafiyaşünaslıq elminə XX əsrin 60-cı illərində daxil olduğunu qeyd edən məruzəçi əks etdirdiyi informasiyanın işlənməsindən asılı olaraq kitabxana-biblioqrafiya sahəsində sənədlərin ilkin sənədlər və ikinci dərəcəli sənədlər olaraq qruplaşdırıldığını bildirib. İlkin sənədlərin özündə ilkin informasiyanı əks etdirməklə, informasiya yaradıcılarının peşəkar fəaliyyətinin nəticəsi hesab olunduğu, ikinci dərəcəli sənədlərin isə bir və ya bir neçə sənədin analitik-sintetik işlənməsi nəticəsində əldə olunan nəticələri əks etdirdiyi və ilkin sənədlər haqqında informasiyaya operativ şəkildə əlçatanlığı təmin etmək funksiyasını yerinə yetirdiyi diqqətə çatdırılıb.

Araşdırmada müstəqillik illərində kitabxana-biblioqrafiya sahəsi üzrə sənəd axınının müəyyənləşdirilməsini əks etdirən statistik məlumatlar təqdim edilib, həmin məlumatlar müxtəlif illər üzrə kitab və məqalələrin çap olunma dinamikasına görə təhlil olunub, müəyyən müqayisələr aparılıb.

Elmi seminar müzakirələrlə davam etdirilib.

Xəbərlər

“Gənc istedadlar” liseyinin şagirdlərinin BDU-nun elmi-tədqiqat və sosial mühiti ilə tanışlığı uğurla yekunlaşıb

“Gənc istedadlar” liseyinin şagirdlərinin BDU-nun elmi-tədqiqat və sosial mühiti ilə tanışlığı uğurla yekunlaşıb
13/02/2026

Müdafiə Sənayesi Nazirliyi və BDU arasında universitet-sənaye tərəfdaşlığı müzakirə edilib

Müdafiə Sənayesi Nazirliyi və BDU arasında universitet-sənaye tərəfdaşlığı müzakirə edilib
13/02/2026

BDU-da əmək hüququnda süni intellektin tətbiqi problemlərinə dair araşdırmalar aparılır

BDU-da əmək hüququnda süni intellektin tətbiqi problemlərinə dair araşdırmalar  aparılır
13/02/2026