BDU-da süni intellekt dövründə karyera planlanmasına dair təlim

23/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və Məzunlarla İş Mərkəzi və Tələbə Gənclər Təşkilatının (TGT) Geologiya fakültəsi üzrə üzvlərinin birgə təşkilatçılığı ilə “Süni intellekt dövründə karyera planlanması” mövzusunda interaktiv təlim keçirilib.

BDU-nun Karyera və Məzunlarla İş Mərkəzinin mütəxəssisi Pərvanə Babayeva süni intellektin qlobal miqyasda əmək bazarına təsiri, rəqəmsal texnologiyaların tətbiqi ilə bəzi peşələrin aradan qalxması və yeni peşə sahələrinin meydana çıxması, insan potensialının süni intellektlə sinxron şəkildə inkişaf etdirilməsinin vacibliyi kimi məsələlərə toxunub. O, belə təlimlərin fərdi bacarıqların inkişaf etdirilməsi, çevik öyrənmə və rəqəmsal savadlılığının artırılmasında önəm kəsb etdiyini deyib.

Daha sonra təlimin debat sessiyası keçirilib. Bu hissədə tələbələr “Süni intellektin karyera yolunda yaratdığı müsbət imkanlar” və “Süni intellektin peşə inkişafına gətirdiyi mənfi təsirlər” mövzularında müzakirə aparıblar. Komandalar arqumentlərini əsaslandıraraq, süni intellektin müxtəlif peşə sahələrinə təsiri, etik və sosial tərəfləri, insan resurslarına ehtiyacın dəyişməsi və yeni bacarıqlara yönəlmə haqqında maraqlı çıxışlar ediblər.

Təlim müddətində tələbələr yalnız nəzəri biliklərlə deyil, real əmək bazarına dair praktiki nümunələrlə də tanış olublar. Onlara CV tərtibatı, müsahibələrə hazırlıq, şəxsi brendin formalaşdırılması yolları da izah edilib.

Xəbərlər

BDU “Geoekologiya” ixtisaslaşması üzrə mütəxəssislər hazırlayacaq

BDU “Geoekologiya” ixtisaslaşması üzrə mütəxəssislər hazırlayacaq
02/07/2026

BDU biotibbi materiallar üzrə kadr hazırlığına başlayır

BDU biotibbi materiallar üzrə kadr hazırlığına başlayır
02/07/2026

BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi

BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi
02/07/2026