BDU-da Süni intellekt etikası üzrə birinci Gənclər Forumu keçiriləcək

05/08/2025

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Bakı Dövlət Universiteti, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi - 4SİM, Dünya Azərbaycanlıları Gənclər Təşkilatı və Süni İntellekt Azərbaycan Platformasının birgə təşkilatçılığı ilə ilk dəfə olaraq Süni intellekt etikası üzrə birinci Gənclər Forumu keçiriləcək.

BDU-da təşkil ediləcək forumda sizi nələr gözləyir?

– Süni intellektin etik tərəfləri ilə bağlı dərin müzakirələr;

– Tanınmış ekspertlərin çıxışları və interaktiv panel sessiyalar;

– Real təcrübələr, ideya mübadiləsi və mütəxəssislərlə şəbəkələşmə imkanı;

– Gələcəyin texnologiyasına fərqli baxış bucağı.

Qeyd edək ki, Forum Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin 2025-ci il 19 mart tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın müvafiq bəndlərinə əsasən həyata keçirilir.

Məkan: Bakı Dövlət Universiteti

Son müraciət tarixi: 30 avqust 2025-ci il

Qeydiyyat forumu

 

Xəbərlər

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb
24/09/2026

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026