BDU-da süni intellekt və rəqəmsal texnologiyaların kimyada tətbiqi müzakirə olunub

27/02/2026

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə 27 mart - Azərbaycan Respublikasında “Elm Günü”nə həsr olunmuş “Süni intellekt və rəqəmsal texnologiyaların kimyada tətbiqi” mövzusunda elmi seminar keçirilib.

Kimya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov kimyəvi proseslərin optimallaşdırılması, məlumatların analizi və innovativ həllərin hazırlanmasında süni intellektin imkanların böyük rol oynadığını deyib.

Seminarda SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Downstream Management” şirkətinin nümayəndəsi Aynur Zeynalova müasir dövrdə süni intellekt alətlərinin kimya sahəsində rolu, rəqəmsal texnologiyaların elmi-tədqiqat prosesinə inteqrasiyası və sənaye tətbiqləri barədə ətraflı məlumat verib.  Aynur Zeynalova çıxışında süni intellektin kimya sahəsində əsas inqilabi təsirinin məlumatların sürətli emalı, proseslərin modelləşdirilməsi və optimallaşdırılması ilə bağlı olduğunu qeyd edib. Süni intellekt əsaslı modellər ənənəvi üsullarla müqayisədə vaxt və resurslara qənaət edir, lakin etibarlı nəticələr üçün keyfiyyətli məlumat və mütəxəssis nəzarəti vacibdir. O, süni intellektin yeni molekulların dizaynı, “ağıllı laboratoriyalar”, hesablama kimyası, sənayedə proses optimallaşdırılması, yaşıl və dayanıqlı istehsal, eləcə də neft-kimya və əczaçılıq sahələrində tətbiqindən bəhs edib. Bildirib ki, süni intellekt kimyaçıları əvəz etmir, onların fəaliyyətini tamamlayır. Gələcəkdə laboratoriyalar daha avtomatlaşdırılmış və rəqəmsallaşmış olacaq, bu baxımdan gənc tədqiqatçılar rəqəmsal bacarıqlarını inkişaf etdirməlidirlər.

Seminar mövzu ətrafında müzakirələrlə davam edib.

Xəbərlər

VI Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

VI Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb
06/06/2026

BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”

BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”
05/06/2026

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar
05/06/2026